Previous Next
Bağla

Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi mövzusunda dəyirmi masa keçirilib

24-01-2019 14:02
Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi mövzusunda dəyirmi masa keçirilib

24 yanvar 2019-cu il tarixində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə “Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda “dəyirmi masa” keçirilib.

Xeberler.az  bildirir ki, tədbirdə informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə biliklərin tədrisdəki problemləri və təhsilin innovativ sahibkarlığın inkişafında rolu üzrə müzakirələr aparılıb.

Tədbirdə ali məktəblərdə informatika fənni üzrə tədris planlarının keyfiyyətinin artırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsil sahəsinin informasiyalaşdırılması, təhsildə innovativ sahibkarlığın təbliğ olunması və digər mövzular ətrafında çıxışlar olub.

Ali təhsil müəssisələrinin təhsil – tədqiqat – innovasiya mərkəzlərinə çevrilməsi, rəqabətqabiliyyətli mütəxəssis hazırlığının təmin olunması, xüsusən də mühəndislik və digər texnoloji ixtisaslara həvəsin artırılması, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrların hazırlanması, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında innovasiyaların yaradılması istiqamətində görülən işlər qeyd olunub.

“Dəyirmi masa”da nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə informasiya-kommunikasiya texnologiyaları sahəsində innovativ sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində ali təhsil müəssisələri ilə birlikdə maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirildiyini bildirib.

Nazir müavini qeyd edib ki, nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə ali məktəblərdə yaradılan biznes inkubatorların və mərkəzlərin əsas məqsədi gənclərin İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etmək, həmçinin gənc sahibkarların innovativ ideyalarının biznesə çevrilməsinə dəstək verməkdən ibarətdir.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illər təhsil sisteminin informasiyalaşdırılması istiqamətində əsaslı işlərin görüldüyünü qeyd edib. O, ölkə başçısının müvafiq sərəncamları ilə təhsilin informativ hüquqi bazasının təkmilləşdirildiyini, mobil təminatın hazırlandığını, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndirildiyini bildirib. O, informasiya cəmiyyəti inkişaf etdikcə İKT-nin təhsildə tətbiqinin vacib məsələlərdən birinə çevrildiyini vurğulayıb.

Tədbirdə müxtəlif ali təhsil müəssisələrinin əməkdaşları, İKT və təhsil sahəsi üzrə ekspertlər, o cümlədən İKT şirkətlərinin, müvafiq dövlət qurumlarının nümayəndələri təmsil olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKT-nin təhsildə tətbiqinin motivasiya sisteminin müzakirəsi keçirilib

26-11-2008

Bakıda İKT-nin təhsildə tətbiqi müzakirə olunacaq

24-11-2008

Təhsildə İKT-nin tətbiqi üzrə mentorluq layihəsinə başlanıb

23-10-2015

Lənkəranda İKT-nin tətbiqinə dair dəyirmi masa keçirilib

22-06-2009

İKT üzrə təlimlər keçirilib

02-10-2018

“Müəllimin peşəkarlığı İKT bacarıqlarından asılıdır”

30-08-2017

Bakı Kompüter Kollecində Dəyirmi Masa keçirilib

10-02-2009

Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

03-07-2009

Nazirlik milli startap ekosistemin formalaşmasına diqqəti artırır

16-12-2016

Virtual Reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda təlim keçirilib

22-02-2019

İKT şirkətləri vergi dəyişiklikləri barədə məlumatlandırıldı

15-02-2019

İKT-nin tədrisdə tətbiqi üzrə müəllimlərin hazırlığı məsələsi mövzusunda dəyirmi masa keçirilib

25-06-2009

“Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” tədbiri keçiriləcək

30-04-2012

Təhsildə İKT-nin tətbiqi üzrə I Bakı Forumu keçirilir

29-11-2018

“Sosial servislərin tədris prosesində rolu” mövzusunda Dəyirmi Masa keçiriləcək

04-04-2012

Müəllimlərin İKT bilikləri yoxlanılır

18-09-2019

Qrant layihəsinin təqdimatı keçirilib

30-08-2018

Azərbaycanda İKT sahibkarlığın inkişafı müzakirə edilib

18-05-2016

“Yeni nəsil – yeni texnologiyalar” mövzusunda dəyirmi masa təşkil edilib

22-04-2009

Məktəblərdə İKT üzrə direktor müavinləri niyə yoxdur?

22-10-2015

Bu gün “Azərbaycanda İKT statistikası: reallıq, problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib

19-12-2008

İnklüziv təhsildə İKT-dən istifadə məsələləri müzakirə olunub

23-10-2019

“Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı öz işinə başladı

23-06-2010

Microsoft-un keçirdiyi beynəlxalq təhsil Forumuna Azərbaycan da qatılacaq

12-05-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə