Previous Next
Bağla

Azərbaycanda İKT sahibkarlığın inkişafı müzakirə edilib

18-05-2016 10:22
Azərbaycanda İKT sahibkarlığın inkişafı müzakirə edilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  ADA Universiteti ilə birgə  17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş  tədbir keçirib.  

Bu günün qeyd olunmasının əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək etməkdən ibarətdir.

Məlum olduğu kimi, hər il dünyada 17 may ilə  əlaqədar silsilə tədbirlər təşkil olunur və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən elan edilən müvafiq mövzu ətrafında geniş fikir mübadiləsi aparılır.
 
Xeberler.az-ın məlumatına görə, bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu "Sosial inkişaf üçün İKT sahibkarlığı"dır.

Tədbiri giriş sözü ilə Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açaraq bu günün əhəmiyyəti, İKT-nin cəmiyyətdə rolu, iqtisadi və sosial  inkişafa təsiri barədə məlumat verib, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.
 

Sonra tədbir iştirakçılarına BTİ-nin Baş katibi Houlin Zhaonun videomüraciəti təqdim edilib.    

Tədbir  "Sosial inkişaf üçün  İKT sahibkarlığı" mövzusunda  panel ilə davam etdirilib.

Paneldə İKT sahibkarlığının inkişafı, bu məqsədlə dövlət tərəfindən yaradılmış şərait, texnoloji parkların formalaşdırılması və inkişafı barədə geniş müzakirələr aparılıb.

Çıxış edən startapçılar və panel nümayəndələri ölkəmizdə startap hərəkatının genişlənməsi, innovativ ideyaların  dəstəklənməsinin vacibliyini vurğulayaraq bu sahədə  elm və təhsil müəssisələrinin rolunu da qeyd ediblər. İnformasiya texnologiyaları üzrə yüksəkixtisaslı kadr hazırlığının vacibliyi vurğulanıb və bu sahədə təcrübə bölüşülüb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Sonra Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın qaliblərini  mükafatlandırma mərasimi keçirilib.

Qaliblər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla, habelə tutduqları yerə uyğun olaraq HP, Azerfon və Caspian Telekom şirkətləri tərəfindən qiymətli hədiyyələr ilə  mükafatlandırılıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov da tədbirdə iştirak edib və çıxışında belə olimpiadaların tələbələrin öz biliklərini və bacarıqlarını nümayiş etdirməyə, ölkəmizin kadr hazırlığına töhfə verdiyini söyləyib.

Tədbirdə Qafqaz Universiteti bu illər ərzində olimpiadanın keçirilməsində göstərdiyi dəstəyə görə Fəxri diplomla təltif edilib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

16-05-2015

Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

17-05-2019

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək

17-05-2019

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2016

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2017

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2018

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016

Ağıllı texnologiyaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilər müasir texnologiyalar əsasında qurulacaq

17-05-2021

Ümumrespublika olimpiadasının qalibləri məlum oldu

07-05-2019

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri açıqlandı

03-05-2016

17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

16-05-2011

Bakıda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunacaq

14-05-2009

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

15-05-2015

Bakıda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

16-05-2009

Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi mövzusunda dəyirmi masa keçirilib

24-01-2019

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı

21-05-2018

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2020

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırıb

17-05-2018

İnformatika Olimpiadasının qalibləri açıqlandı

07-05-2018

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə