Previous Next
Bağla

İKT şirkətləri vergi dəyişiklikləri barədə məlumatlandırıldı

15-02-2019 10:22
İKT şirkətləri vergi dəyişiklikləri barədə məlumatlandırıldı

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Vergilər Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçirilib.

Xeberler.az  bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan hökuməti ölkədə sahibkarlığın, o cümlədən startapların inkişaf etdirilməsinə böyük diqqət ayıraraq, onlar üçün münbit ekosistem yaradıb.

Bura texnoparklardakı fəaliyyətdən tutmuş zəruri maliyyə dəstəyi, vergi və gömrük güzəştləri də daxildir.  Nazir müavini əlavə edib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən bu gün innovativ sahibkarlıq fəaliyyətinin inkişafı üçün kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərilir.
 
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov qeyd edib ki, 4-cü sənaye inqilabı dövrü innovativ sahibkarlığın inkişafını tələb edir. Bugünkü tədbir innovativ sahibkarlığın ölkədə inkişafı ilə bağlı görülən işlərə, xüsusilə də  Vergi Məcəlləsində edilmiş dəyişikliklərə həsr olunub. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən startaplar və İKT şirkətləri qeyri-neft sektorunun innovativ inkişafına töhfə verə biləcək sahibkarlıq subyektləridirlər. Hazırkı dəyişikliklər İKT sahəsində sahibkarlığın stimullaşdırılması və inkişafına dəstək olacaqdır.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyəti sədrinin müavini Elçin İbrahimov çıxış edərək bildirib ki, agentliyin fəaliyyətinin məqsədi mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iştirak etmək, sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirərək, dövlət və özəl qurumların bu sahədə fəaliyyətini əlaqələndirməkdir.

Vergilər Nazirliyinin Aparatının rəhbəri Nazim Səmədov Vergi Məcəlləsindəki dəyişikliklərin mikro və kiçik sahibkarlara, o cümlədən startaplara yaradacağı üstünlüklər barədə   ətraflı məlumat verib.

Tədbirdə Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı İKT şirkətlərinə və startaplara ətraflı məlumat verilib, mikro və kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri və İKT sahəsində fəaliyyət göstərən sahibkarları maraqlandıran digər məsələlər haqqında müzakirə aparılıb.

Tədbirdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 20 dekabr 2018-ci ildə imzalanmış müvafiq Fərman ətraflı şərh olunub. Startaplar üçün nəzərdə tutulan vergi güzəştləri və bu güzəştlərin tətbiqi mexanizmləri barədə geniş fikir mübadiləsi olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçiriləcək

06-02-2019

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib

27-12-2018

"Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun təsdiqlənib

26-01-2023

Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

20-12-2016

Elektron hesablaşmaların idarə olunması mövzusunda təlim keçirilib

28-11-2018

Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi mövzusunda dəyirmi masa keçirilib

24-01-2019

İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

27-12-2022

Virtual Reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda təlim keçirilib

22-02-2019

Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda seminar keçirilib

13-03-2019

Texnologiyalar parkları ilə bağlı yeni təkliflər hazırlanacaq

17-06-2013

Azərbaycanda innovasiya iqtisadiyyatına doğru mühüm addımlar atılır

05-05-2021

Türkiyə və Azərbaycan KOB-un inkişafı sahəsində əməkdaşlıq edəcək

04-03-2022

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq

29-09-2022

Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

18-04-2019

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

15-02-2019

“İnnovativ Sahibkarlıq” mövzusunda təlim keçirilib

14-12-2017

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaxın zamanlarda tam fəaliyyətə başlayacaq

14-06-2013

KOB-lar üçün dəstək mexanizmləri işə düşəcək

20-09-2019

Startap Azərbaycan komandasının Əli Abbasovla görüşü keçirilir

03-07-2015

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011

Startap ekosisteminin inkişafı müzakirə edilib

30-04-2016

Kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri yaradılacaq

27-06-2018

Xızıda KOB dostu fəaliyyətə başlayıb

11-08-2022

İTİDF-nin nümayəndə heyəti Türkiyəyə səfər edib

29-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə