Uzun müddətdir Azərbaycanda təhsildə İKT-nin tətbiqi prosesi gedir. Məktəbdaxili informasiya şəbəkələri qurulur, Elektron məktəb layihəsi həyata keçirilir, təhsil müəssisələrinin müasirləşdirilməsi, dövrün tələbinə uyğun olaraq İKT avadanlıqlarla təchiz edilməsi və onlara servis xidmətinin təşkili davam edir. Bütün bunlara baxmayaraq hələ də məktəblərdə İKT üzrə direktor müavinləri yoxdur.
Qeyd edək ki, təhsildə İKT-nin tətbiqi üzrə dövlət proqramlarının həyata keçirilməsinə başlandığı 2005-ci ildən bu günə kimi xeyli sayda məktəblər müasir avadanlıqla, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilib, tədris prosesi müasirləşdirilib.
Bəs görəsən dövlət tərəfindən təhsil müəssisələrinə verilən yeni informasiya texnologiyalarından istifadə etməklə məktəbin əməkdaşlarının, şagidlərin texnologiyalardan effektiv istifadəsinə, şəbəkənin normal fəaliyyətinə, İKT sahəsində əlaqələndirici qurumlarla münasibətlərin qurulmasına, servis işlərinə, informasiya mədəniyyətinin formalaşmasına kim nəzarət edir?
Xeberler.az olaraq Təhsil Nazirliyinə məktəblərdə İKT üzrə direktor müavinləri niyə yoxdur sualı ilə müraciət etdik.
“Ştat cədvəlində İKT üzrə direktor müavini vəzifəsi yoxdur”.
Bunu Xeberler.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.
Nazirliyin məlumatında qeyd edilir ki, dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçiləri, inzibati, tədris-yardımçı və xidmət işləri üzrə ştatlar Azərbaycan Respublikası Nazirlər Kabinetini 1996-cı il 25 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş nümunəvi ştatlara və qərarın qeydlər bölməsinə uyğun müəyyən edilir.
Belə ki, direktorun tədris (təlim-tərbiyə) işi üzrə müavini ştatı məktəbdə siniflərin sayından asılı olaraq müəyyənləşdirilir və həmin ştat cədvəlində xüsusi olaraq İKT üzrə direktor müavini vəzifəsi yoxdur.
Təhsil Nazirliyi onu da bildirib ki, direktor müavini 2 və daha artıq sayda olduqda, vəzifə bölgüsü təsdiqlənərkən onlardan birinə İKT üzrə məsələlər həvalə edilir.
Düşünürük ki , təhsil müəssisələrində İKT-dən daha effektiv istifadənin təmin edilməsi, İKT üzrə servis işlərinin müntəzəm olaraq davam etdirilməsi və bu prosesə nəzarət edilməsi, müəllimlərin İKT sahəsində peşəkarlığının artırılması və məktəbdaxili tədris prosesində və idarəetmədə İKT-dən daha səmərəli istifadənin təmin edilməsi məqsədilə İKT üzrə direktor müavini ştatının, siniflərin və şagirdlərin sayından asılı olaraq İKT üzrə bir neçə laborant ştatlarının müəyyən edilməsi faydalı olardı. Bunun üçün isə müasir tələblər baxımından Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarında müvafiq dəyişikliyin edilməsi doğru olardı.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri