Previous Next
Bağla

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb

30-05-2022 19:55
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb

Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və “Azercell Telekom” MMC-in baş sponsorluğu ilə keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalı başa çatıb.

Xeberler.az məlumat verir ki, bütün türk dünyasının böyük coşğu ilə izlədiyi möhtəşəm tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər, “TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank da iştirak ediblər.

“TEKNOFEST Azərbaycan”nın baş sponsoru olan Azercell şirkəti festivalda xüsusi “Rəqəmsal Yaşam Studiyası” konsepsiyasını təqdim edib. Festivalın ilk günündə “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovanın müşayiəti ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və digər rəsmi qonaqlar şirkətin stendini ziyarət ediblər, burada təqdim olunan innovativ məhsullar və texnoloji həllərlə tanış olublar.

Festivalın davam etdiyi dörd gün ərzində Azercell-in Rəqəmsal Yaşam Studiyasında 1200-dən çox ziyarətçi şirkətin xidmətlərindən ibarət rəqəmsal səyahətdən keçib. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini əsas tutan Azercell-in təqdim etdiyi “Ağıllı şəhər” konsepsiyası, elektron mütaliə, əyləncə, sənət və digər mövzularda innovativ həlləri ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Stenddəki “Azercell Life və Azercell Akademiyası” guşəsində şirkət təmsilçiləri gənclərin təhsil və inkişafına imkan yaradan fərqli proqramlar haqqında məlumat təqdim ediblər. Azercell-in “Rəqəmsal Yaşam Studiyasında” artırılmış reallıq səyahətinə qoşulan hər bir ziyarətçiyə maraqlı hədiyyələr, uşaqlara kitab və suvenirlər təqdim olunub. Qeyd edək ki, 29 may tarixində Azercell stendinin qonağı olan şəhid övladlarını “Azercell Telekom” MMC-in prezidenti Zərinə Zeynalova hədiyyələrlə qarşılayıb.

Bu ilin ən yadda qalan tədbirinə çevrilən “TEKNOFEST Azərbaycan”ı dörd gün ərzində yüz minlərlə insan ziyarət edərək Azərbaycan və Türkiyənin dövlət və özəl qurumlarının innovativ layihələri ilə tanış olublar. Texnologiya sahəsinin parlaq simalarını kəşf etdirən bu festival çərçivəsində 8 texnoloji yarışma, 3 beynəlxalq tədbir keçirilib, qalib komandaların üzvləri prezidentlər və digər rəsmi qonaqlar tərəfindən təltif olunub.

Bu il 5 illiyini qeyd edən festivalın məqsədi aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

Dövlət rəsmiləri “TEKNOFEST Azərbaycan”da AMEA pavilyonu ilə tanış olublar

27-05-2022

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

03-05-2023

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

Azərbaycan və Türkiyə arasında texnologiya sahəsində əməkdaşlığı dərinləşəcək

01-06-2022

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022

“TEKNOFEST Azərbaycan” çərçivəsində Flyboard əyləncə proqramı təşkil olunacaq

28-03-2022

Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub

02-05-2023

Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub

25-05-2022

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022

Nazir Türkiyənin Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

11-06-2022

İlham Əliyev Ərdoğanla birgə “Texnofest-2023” festivalına “Togg” avtomobili ilə gedib

29-04-2023

"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

07-02-2022

Türkiyə dünyanın ən böyük elm və texnologiya festivalı olan “TEKNOFEST”ə hazırlaşır

22-08-2023

Azercell-dən daha bir uğur

08-12-2017

AMEA “TEKNOFEST Azərbaycan” festivalında uğurla iştirak edir

26-05-2022

“TEKNOFEST” çərçivəsində daha bir müsabiqə elan olunub

03-02-2022

“TEKNOFEST” çərçivəsində “Baku Skills” müsabiqəsinə start verilib

02-02-2022

Azərbaycan startapı “Teknofest”də beynəlxalq şirkətlərlə müqavilə imzalayıb

01-10-2021

Azərbaycan Türkiyədə keçiriləcək Aerokosmik və Texnologiya Festivalına 11 startapla qatılacaq

27-08-2021

“Tekken7” yarışına start verildi  

27-05-2022

“Sosial yönümlü texnologiyalar’’ müsabiqəsinə qeydiyyat başlayıb

09-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə