Previous Next
Bağla

Azərbaycan və Türkiyə arasında texnologiya sahəsində əməkdaşlığı dərinləşəcək

01-06-2022 17:58
Azərbaycan və Türkiyə arasında texnologiya sahəsində əməkdaşlığı dərinləşəcək

Azərbaycanın ev sahibliyi etdiyi “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ölkəmizdə texnologiyaların və innovasiyaların inkişafına təkan verən, eləcə də Azərbaycan və Türkiyənin qardaşlıq və əməkdaşlığını yeni tarixi mərhələyə çıxarmış mötəbər tədbirlərdəndir. Festival aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Xeberler.az bildirir ki, festival, həmçinin Azərbaycan və Türkiyənin elm, təhsil və texnologiya sahəsində əməkdaşlığını daha da dərinləşdirərək yeni perspektivlər açmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da iştirak edərək çıxış etmələri festivalın əhəmiyyətini bir daha ortaya qoymuş oldu, eləcə də ölkələrimizin birliyini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.

Festival çərçivəsində baş tutan sərgidə AMEA üçün ayrılmış pavilyonda qurumun elmi tədqiqat institutları, Akademiyanın Yüksək Texnologiyalar Parkının 5 rezidenti tərəfindən nümayiş etdirilən layihələr iştirakçıların böyük marağına səbəb olmuşdur. Müxtəlif ölkələrdən olan və ya respublikamızı təmsil edən tanınmış alimlər və mütəxəssislər, elm və təhsil ictiamiyyətinin nümayəndələrinin Akademiyanın innovativ layihələrini yüksək qiymətləndirmələri AMEA-da fundamental tədqiqatların aparıldığının göstəricisidir.

Eyni zamanda, “BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktarın AMEA-nın pavilyonu ilə yaxından tanış olması, Yüksək Texnologiyalar Parkının təqdim etdiyi pilotsuz uçuş aparatları, robotlar, “ağıllı” qurğular, o cümlədən mühərrik və sürtkü yağlarına böyük diqqət göstərməsi AMEA-da əldə olunan nailiyyətlərin yüksək elmi nəticələrə söykəndiyinin bariz nümunəsidir.

Əminliklə demək olar ki, gənc nəsildə texnologiyalara böyük həvəs oyatmış “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ölkəmizdə gələcəyin yüksəkixtisaslı tədqiqatçılarının yetişməsində böyük rol oynayacaqdır. İnanırıq ki, Azərbaycan-Türkiyə əlaqələri bundan sonra da bütün sahələrdə dinamik olaraq inkişaf edəcək, həmrəyliyimiz əbədi olacaq.

Vasif ABBASOV, AMEA-nın Yüksək Texnologiyalar Parkının baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Haluk Bayraktar Yüksək Texnologiyalar Parkının innovativ məhsulları ilə yaxında tanış olub

27-05-2022

AMEA “TEKNOFEST Azərbaycan” festivalında uğurla iştirak edir

26-05-2022

Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

17-05-2022

Rasim Əliquliyev: "Texnologiya festivalına ev sahibliyi etməyimiz Prezidentin siyasətinin nəticəsidir"

16-03-2022

Akademik Arif Həşimov: “TEKNOFEST” Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyənləşdirdi”

03-06-2022

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022

Dövlət rəsmiləri “TEKNOFEST Azərbaycan”da AMEA pavilyonu ilə tanış olublar

27-05-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

AMEA rəhbərliyi “Teknofest Azərbaycan” festivalında xüsusi pavilyona baxış keçirib

25-05-2022

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

Akademik Əli Abbasov:”Festivalda sərgilənən PUA-nın real nümunəsinin hazırlanması üçün razılıq əldə olunub”

03-06-2022

Misir Mərdanov: “AMEA-nın intellektual və innovasiya potensialı yüksək səviyyədə təqdim olunmalıdır”

03-06-2022

“Təcrübə-Sənaye Zavodu” festivala rəqabətə dözümlü məhsullar təqdim edəcək

04-05-2022

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb

30-05-2022

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022

"Teknofest Azərbaycan" festivalında yeni nailiyyətlər nümayiş etdiriləcək

15-04-2022

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

03-05-2023

“TEKNOFEST-2024”lə bağlı infosessiya keçirilib.

27-01-2024

“TEKNOFEST” çərçivəsində “Baku Skills” müsabiqəsinə start verilib

02-02-2022

“Sosial yönümlü texnologiyalar’’ müsabiqəsinə qeydiyyat başlayıb

09-02-2022

"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

07-02-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə