Previous Next
Bağla

“Sosial yönümlü texnologiyalar’’ müsabiqəsinə qeydiyyat başlayıb

09-02-2022 17:02
“Sosial yönümlü texnologiyalar’’ müsabiqəsinə qeydiyyat başlayıb

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində sosial innovasiya, “GovTech”, sağlamlıq və ilk yardım kateqoriyalarını əhatə edən “Sosial yönümlü texnologiyalar” müsabiqəsinə qeydiyyat başlayıb.

Xeberler.az bildirir ki, “TEKNOFEST” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, sosial innovasiyalar, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

“Sosial yönümlü texnologiyalar” müsabiqəsində iştirak etmək istəyən namizədlər sosial innovasiya, “GovTech”, sağlamlıq və ilk yardım kateqoriyaları üzrə öz innovativ həll yollarını təqdim edə bilərlər. Bu sahələrdə innovasiya və texnologiyaları orijinal və milli resurslarla həyata keçirmək əsas hədəfdir.

Müsabiqə sosial məsuliyyət çərçivəsində texnoloji bilik və təcrübələrin inteqrasiya edilərək cəmiyyət üçün faydalı ola biləcək layihələrin ərsəyə gətirilməsi məqsədini daşıyır. İnsanların sosial həyatına təsir edən bütün sahələrdə innovasiya və texnoloji inkişafla tətbiq olunacaq layihələrin hədəfində cəmiyyətə töhfə və səmərəlilik dayanır. 

Müsabiqənin şərtlərinə əsasən, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələr B kateqoriyası üzrə, fərdi iştirakçılar və onlardan ibarət komandalar isə С kateqoriyasını təmsil edərək yarışmada iştirak edə bilərlər.

Mükafat Fondu hər iki kateqoriya üzrə I yer 6000 AZN, II yer 4000 AZN, III yer isə 2000 AZN təşkil edir.

Müsabiqədə iştirak edəcək komandalar layihənin inkişafına məsləhətçi (mentor) cəlb etməlidir. Məsləhətçi qismində çıxış edəcək şəxsin təsdiqedici sənədi layihənin təsviri ilə birlikdə sistemə yüklənilməlidir.

Həmçinin məsləhətçi komandanı finala qədər dəstəkləməyə məsul olmalıdır.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral 2022-ci ildir.

Qeydiyyat üçün elektron keçid:  https://teknofest.az/az/competitions/

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“TEKNOFEST” çərçivəsində yeni müsabiqəyə start verilib

31-01-2022

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022

“Həvəskar peyk modelləşdirilməsi’’ müsabiqəsinə qeydiyyat davam edir

08-02-2022

“TEKNOFEST” çərçivəsində daha bir müsabiqə elan olunub

03-02-2022

“TEKNOFEST” çərçivəsində “Baku Skills” müsabiqəsinə start verilib

02-02-2022

“TEKNOFEST” çərçivəsində “Smart Qarabağ” Hakatonu keçiriləcək

01-02-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

Selçuk Bayraktar "TEKNOFEST Azərbaycan"la bağlı mətbuat konfransına qatılıb

07-02-2022

“CanSat Azərbaycan 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb

01-02-2022

“TEKNOFEST Azərbaycan”la bağlı mətbuat konfransı keçirildi

07-02-2022

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb

19-02-2022

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022

"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

07-02-2022

Azərbaycan və Türkiyə arasında texnologiya sahəsində əməkdaşlığı dərinləşəcək

01-06-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

“TEKNOFEST KKTC 2025” müsabiqəsinə müraciətlər başlayıb

10-01-2025

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

20-05-2026

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb

30-05-2022

"SOCAR Hackathon 2025"ə qeydiyyat başlayıb

01-12-2025

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022

“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

04-04-2022

AzMİU-nun iki komandası “Teknofest Azərbaycan” festivalının birinci mərhələsində uğur qazanıb

07-04-2022

Kiber idman üzrə Avropa çempionatı keçiriləcək

03-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə