Previous Next
Bağla
REKLAM YERİ

Tələbə kreditinə müraciətlərin qəbuluna başlanılır

15-07-2022 15:37
Tələbə kreditinə müraciətlərin qəbuluna başlanılır

İyulun 15-də 2022-2023-cü tədris ilinin birinci semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna start verilir.

 

Xeberler.az bildirir ki, Təhsil Nazirliyindən AzEdu.az-a verilən xəbərə görə, abituriyent və tələbələr təhsil krediti almaq üçün notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər. Müraciətlərin qəbulu bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün həyata keçiriləcək.

 

Daxil olan müraciət Təhsil Tələbə Krediti Fondu tərəfindən müəyyən edilmiş şərtlərə uyğun gəldikdə təhsil müəssisəsi tərəfindən cavab gec gəldiyi təqdirdə belə qeydiyyat bitmiş sayılacaq. Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsi izləyə bilir.

 

Qeyd edək ki, bu, Təhsil Tələbə Kredit Fondu fəaliyyətə başladığı tarixdən etibarən sayca 3-cü semestr üçün aparılan sənəd qəbuludur. Qeyd edilən müddət ərzində Fonda daxil olan 11 000-dək elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 6800-dən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib və müvafiq vəsaitlər təhsil müəssisəsinə ödənilib.

 

Təhsil tələbə kreditinin verildiyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir. Belə ki, təhsil krediti ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pilləsinin subbakalavriat səviyyəsində təhsil alan tələbəyə 12-19 illik verilə bilir. Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Sözügedən kredit hər semestr üzrə verilir və akademik borcu olanlar bundan yararlana bilmir. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

10 957 nəfər elektron qaydada müraciət edib

29-07-2022

Ekspert: "Mobil Notariat" tətbiqi hazırda ölkədə ən populyar rəqəmsal hökumət həllidir

15-08-2022

Nazir: Təhsil sahəsinə yatırılan investisiyaların artması tələb olunur

10-02-2025

Tələbə köçürülməsi üzrə e-sənəd qəbulunun vaxtı uzadıldı

15-08-2017

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020

Azercell Tələbə Təqaüdü Proqramını elan edir

06-10-2011

Təhsil Nazirliyi elektron portalı vasitəsilə müraciətlərin qəbulunu aktivləşdirilib

30-09-2020

3 mindən çox tələbə köçürülmə üçün elektron müraciət edib

23-08-2017

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013

Tələbələrə güzəştli kredit verilməsi ilə bağlı sayt fəaliyyətə başladı

06-06-2016

Tələbələrin elektron qaydada köçürülməsinə başlanır

15-01-2018

Azercell tələbələrə aylıq təqaüd verəcək

18-09-2017

Gəncə Dövlət Universitetində İKT-dən istifadə hansı səviyyədədir?

16-03-2009

Magistratura səviyyəsinə elektron sənəd qəbuluna start verilir

14-07-2022

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015

Abituriyentlər elektron ərizələrini doldura bilərlər

09-04-2013

Ali təhsilin magistratura səviyyəsinə elektron qeydiyyatın vaxtı uzadılıb

25-07-2022

Magistraturaya qəbul olanların elektron sənəd qəbuluna başlanılır

23-07-2025

ADA-da magistraturaya tələbə qəbulu başlanıb

28-10-2009

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

22-07-2025

Tələbələrin elektron formada köçürülməsi davam edir

08-08-2017

“Azercell Tələbə Proqramı”nın təqdimatı keçiriləcək

20-10-2015

“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verilir

05-04-2010

Əli Abbasov Təhsil Nazirliyinə müraciət edəcək

16-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə