“Temu” istifadəçilərinin nəzərinə! - Məlumatlarınız oğurlana bilər

22-09-2024 / 12:27
87 milyon "Temu” müştərisinin şəxsi məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyi iddia olunur.
 
Xeberler.az bildirir ki, bu barədə "TechRadar” portalı məlumat yayıb.
 
Hakerlər sübut kimi istifadəçi adları, şəxsiyyət vəsiqələri, IP ünvanları, adlar, doğum tarixləri, cins, çatdırılma ünvanları, telefon nömrələri, parollar və s. daxil olmaqla məlumat nümunələrini açıqlayıblar.
 
Çinin onlayn ticarət platforması olan "Temu” isə yayılan məlumatları təkzib edir:
 
 "Təhlükəsizlik qrupumuz iddia edilən məlumat sızması ilə bağlı hərtərəfli araşdırma aparıb və iddiaların tamamilə yalan olduğunu təsdiqləyib. Dövriyyədə olan məlumatlar bizim sistemlərdən qaynaqlanmayıb və heç bir məlumat cərgəsi əməliyyat qeydlərimizə uyğun gəlmir. Biz reputasiyamızı ləkələmək və ya istifadəçilərimizə zərər vermək cəhdini qanuni tədbirlərlə cavablayacağıq”.
 
Qeyd edək ki, kibertəhlükəsizlik ekspertləri yayılan xəbərlərlə bağlı istifadəçilərə şəxsi bank kartları məlumatlarını tətbiqdə açıq qoymamağı məsləhət görür.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə