Previous Next
Bağla

Texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf prioritetidir

24-06-2026 18:50
Texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf prioritetidir

İqtisadiyyat Nazirliyində “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” çərçivəsində həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın iştirakçısı olan müəssisələrin rəhbərləri ilə görüş keçirilib.

Xeberler.az məlumat verir ki, görüş proqram üzrə görülmüş işlərin nəticələrinin təqdim olunması, müəssisələrdə texnoloji transformasiya yol xəritələrinin icra vəziyyətinin qiymətləndirilməsi və növbəti mərhələlər üzrə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məqsədilə təşkil olunub.

Görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf gündəliyinin əsas istiqamətlərindən biridir. Vurğulanıb ki, ölkənin rəqəmsal iqtisadiyyat strategiyası biznes, dövlət və cəmiyyət səviyyəsində transformasiyanı sürətləndirməyi, innovasiyaların tətbiqini genişləndirməyi və iqtisadiyyatın rəqabət qabiliyyətini artırmağı hədəfləyir. Qeyd olunub ki, dövlət tərəfindən formalaşdırılan təşviq və dəstək mexanizmləri özəl sektorun rəqəmsal texnologiyalara keçidini sürətləndirmək və müəssisələrin qlobal dəyər zəncirlərində mövqeyini gücləndirmək məqsədi daşıyır. Həmçinin 4SİM-in icraçı direktoru Fariz Cəfərov “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində ölkədə müəssisələrin texnoloji transformasiyası istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, proqram çərçivəsində pərakəndə satış, qida sənayesi, tikinti və sənaye malları, metallurgiya və sənaye istehsalı kimi sahələri təmsil edən müəssisələrdə istehsal və biznes proseslərinin təhlili aparılıb. Eyni zamanda, müəssisələrin texnoloji hazırlıq və dayanıqlılıq səviyyələri beynəlxalq metodologiyalar əsasında ölçülüb.

Proqramın icrası zamanı müəssisələr üzrə 400-dən çox potensial rəqəmsal transformasiya təşəbbüsü və 160-dan çox dayanıqlılıq praktikası qiymətləndirilib. Bu təşəbbüslər arasından təxminən 80 prioritet həll seçilərək onlar üzrə texniki, əməliyyat və maliyyə əsaslandırmaları hazırlanıb. Hər bir müəssisə üçün texnoloji transformasiya və dayanıqlı inkişaf istiqamətlərini əhatə edən fərdi yol xəritələri formalaşdırılıb.

Görüş çərçivəsində beynəlxalq ekspertlər tərəfindən proqramın nəticələrinə və qabaqcıl beynəlxalq təcrübələrə dair təqdimatlar keçirilib. Təqdimatlarda müəssisələrin rəqəmsal transformasiya üzrə prioritetləri, məlumatəsaslı idarəetmə yanaşmaları, süni intellekt və digər qabaqcıl texnologiyaların tətbiq imkanları, həmçinin Dünya İqtisadi Forumunun Qlobal Mayak Şəbəkəsinin təcrübəsi əsasında texnoloji transformasiyanın məhsuldarlıq və dayanıqlılığa təsiri barədə məlumat verilib.

Müzakirələr zamanı proqram iştirakçısı olan müəssisələrin rəhbərləri hazırlanmış yol xəritələrinin icrası istiqamətində əldə olunan ilkin nəticələr və növbəti mərhələlərə dair fikir və təkliflərini bölüşüblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

05-02-2026
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”:üzrə görüşlər yekunlaşıb

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”:üzrə görüşlər yekunlaşıb

01-06-2026
“Sənaye 4.0 Hazırlıq” Proqramı texnoloji transformasiyaya dəstək verir

“Sənaye 4.0 Hazırlıq” Proqramı texnoloji transformasiyaya dəstək verir

11-08-2025
4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026
“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib

“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib

17-07-2025
“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin qiymətləndirilməsinə başlanılıb

“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin qiymətləndirilməsinə başlanılıb

25-09-2025
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

15-10-2025
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində müəssisələr qiymətləndirilir

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində müəssisələr qiymətləndirilir

14-11-2025
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində növbəti şirkətlə danışıqlar aparılıb

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində növbəti şirkətlə danışıqlar aparılıb

21-10-2025
Bu il 15 müəssisə “Sənaye 4.0 Hazırlıq” proqramına qoşulub

Bu il 15 müəssisə “Sənaye 4.0 Hazırlıq” proqramına qoşulub

21-11-2025
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində “Təcrübə mübadiləsi sessiyası” keçirilib

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində “Təcrübə mübadiləsi sessiyası” keçirilib

28-11-2025
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

10-06-2026
4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026
Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026
Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026
Rəqəmsal iqtisadiyyata töhfə verəcək superkompüter infrastrukturu yaradılacaq

Rəqəmsal iqtisadiyyata töhfə verəcək superkompüter infrastrukturu yaradılacaq

11-07-2025
4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

09-10-2024
“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

24-07-2025
4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026
Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026
4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026
Rəqəmsal ticarət ekosisteminə dair təhlillərin nəticələri təqdim edilib

Rəqəmsal ticarət ekosisteminə dair təhlillərin nəticələri təqdim edilib

07-05-2026
Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11-02-2026
4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə