Previous Next
Bağla

Rəqəmsal ticarət ekosisteminə dair təhlillərin nəticələri təqdim edilib

07-05-2026 15:12
Rəqəmsal ticarət ekosisteminə dair təhlillərin nəticələri təqdim edilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dünya İqtisadi Forumunun (DİF) birgə əməkdaşlığı çərçivəsində DİF-in “TradeTech” təşəbbüsü üzrə Azərbaycanda aparılan təhlillərin nəticələri barədə təqdimat keçirilib.

Xeberler.az məlumat verir ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərov, DİF-in Rəqəmsal ticarət və “TradeTech” üzrə rəhbəri Tim Stekkinqer və “TradeTech” üzrə layihə rəhbəri Nitin Şarma tərəfindən “TradeTech üzrə Strateji İnkişaf Təhlili” barədə məlumat verilib, Azərbaycanın rəqəmsal ticarət ekosistemində mövcud imkanlar, əsas çağırışlar və beynəlxalq rəqəmsal ticarət sistemlərinə inteqrasiyanı sürətləndirə biləcək prioritet istiqamətlər diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycanda güclü rəqəmsal dövlət infrastrukturu formalaşdırılıb. Bununla yanaşı, elektron ticarət sənədlərinin beynəlxalq səviyyədə tanınması, dövlət və özəl sektor sistemləri arasında qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və “TradeTech” ekosisteminin inkişafı istiqamətində bir sıra addımların atılmasına ehtiyac var. Təhlildə milli “TradeTech” icmasının formalaşdırılması, xüsusi tənzimləyici rejimlərin (“sandbox”) tətbiqi və rəqəmsal ticarət həllərinin genişləndirilməsi ilə bağlı DİF-in tövsiyələri təqdim olunub.

Tədbir çərçivəsində dövlət qurumları, maliyyə institutları, logistika şirkətləri, innovasiya ekosistemi iştirakçıları və özəl sektor nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb, rəqəmsal ticarət sahəsində mövcud çağırışlar və inkişaf imkanları ətrafında fikir mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, DİF-in “TradeTech” təşəbbüsünün məqsədi süni intellekt, blokçeyn, rəqəmsal ödənişlər və digər innovativ texnologiyalar vasitəsilə sərhədlərarası ticarətin asanlaşdırılması, logistika və gömrük əməliyyatlarının səmərəliliyinin artırılması, eləcə də kiçik və orta biznes subyektlərinin beynəlxalq ticarət imkanlarının genişləndirilməsidir.

Təşəbbüs “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”da müəyyən edilmiş prioritet istiqamətlərlə uzlaşır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026
Dövlət xidmətlərində süni intellekt və rəqəmsal ticarət həllərinin tətbiqi genişləndirilir

Dövlət xidmətlərində süni intellekt və rəqəmsal ticarət həllərinin tətbiqi genişləndirilir

07-05-2026
4SİM: Azərbaycan rəqəmsal transformasiya layihələrini uğurla icra edir

4SİM: Azərbaycan rəqəmsal transformasiya layihələrini uğurla icra edir

07-05-2026
4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026
Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi müzakirə edilib

Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi müzakirə edilib

13-07-2023
Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026
4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026
Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024
Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026
4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

27-06-2024
4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025
COP29 çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçiriləcək

COP29 çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçiriləcək

11-11-2024
Azərbaycan UNCTAD ilə rəqəmsal ticarət üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan UNCTAD ilə rəqəmsal ticarət üzrə əməkdaşlığı müzakirə edib

13-03-2026
Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026
4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026
4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

22-01-2025
4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

09-10-2024
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

10-06-2026
4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

23-01-2026
“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə başlanılıb

“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə başlanılıb

19-11-2025
Azərbaycan Ticarət Forumunun elektron platforması fəaliyyət göstərəcək

Azərbaycan Ticarət Forumunun elektron platforması fəaliyyət göstərəcək

07-10-2024
Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

18-05-2017
Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

02-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə