TikTok sosial media platforması Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Azərbaycan müəllimləri” adlı milli müsabiqəyə start verir. İlk dəfə keçirilən müsabiqədə məktəb, universitet, eyni zamanda, orta ixtisas təhsili müəssisələrinin müəllimləri iştirak edə bilərlər.
Xeberler.az bildirir ki, müsabiqə iyunun 5-dək davam edəcək.
Müsabiqəyə qoşulmaq istəyən müəllimlər tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayaraq qeyd edilən tarixlərdə TikTok-da paylaşmalıdırlar. Videoların müddəti minimum 30 saniyə olmalı və paylaşım zamanı müsabiqənin rəsmi həştəqi – #AzərbaycanMüəllimləri istifadə edilməlidir. Sonda maarifləndirici videoları ən çox baxış sayı toplayan üç qalib müəyyən edilərək “iPhone” 16 Pro smartfonu ilə mükafatlandırılacaq.
Qeyd edək ki, TikTok-un #AzərbaycanMüəllimləri təşəbbüsü ölkə üzrə müəllimlərə özlərini ifadə etməyin yeni yollarını kəşf etməyə və sadə, hər kəsə anlaşılan qısa video formatında müxtəlif fənlər üzrə biliklərini paylaşmağa imkan yaratmış olacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları