İndoneziyada uşaqların rəqəmsal müdafiəsi haqqında yeni milli qanunla yaş həddi 16-ya qaldırıldıqdan sonra “TikTok” platforması 1,7 milyon istifadəçinin hesabını bloklayıb.
Xeberler.az bildirir ki, bu barədə “Antara” agentliyi rabitə və rəqəmsal texnologiyalar naziri Mutyu Hafidə istinadla məlumat yayıb. Nazirin sözlərinə görə, platforma hesabları bloklamaqla İndoneziya qanunlarına riayət etməyə hazır olduğunu təsdiqləyib. “TikTok” bloklanmış hesabların sayını ilk dəfə açıqlayıb və bununla da öhdəliklərinin konkret hərəkətlərlə dəstəkləndiyini sübut edib. Sosial şəbəkə, həmçinin İndoneziyada qumar oyunları və onlayn fırıldaqçılıq da daxil olmaqla, kibercinayətkarlığa qarşı mübarizəsini genişləndirmək niyyətindədir.
İndoneziyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə, o cümlədən hesablar yaratmasına qoyulan qadağa martın 28-də qüvvəyə minib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları