Toshiba prezidenti istefa verib

27-07-2015 / 14:22

Yaponiyanın Toshiba korporasiyasının prezidenti Hisao Tanaka maliyyə fırıldaqçılığı ilə əlaqədar yaranan qalmaqala görə istefa verib.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, keçirilən auditor yoxlamasından məlum olub ki, şirkət son altı ildə maliyyə hesabatlılığını təhrif edərək rəqəmləri süni şəkildə şişirdib. Artırılmış rəqəmlər nəticəsində şirkət qeyd olunan müddətdə yalnız kağızda mövcud olan 152 milyard yen (1,2 milyard dollar) mədaxil əldə etdiyini açıqlayıb.

Bundan başqa, H.Tanaka ilə birlikdə şirkətin iki top-meneceri vəzifəsini tərk edir. İstefa ərizələri şirkətin Direktorlar Şurasının növbədənkənar iclasında təqdim edilib. 

Şirkəti tərk edən menecerlər arasında Toshiba-nın vitse-prezidenti Norio Sasaki də var. Onun istefasını Yaponiya iqtisadiyyat naziri Akira Amari şəxsən bəyan edib. Nazir həmçinin qeyd edib ki, N.Sasaki bütün hökumət komissiyalarında tutduğu vəzifələri də tərk edəcək.

 

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə