Toshiba Rusiya bazarından çıxır

15-12-2015 / 10:54

Yaponiyanın texnologiya şirkəti Toshiba rus rublunun dəyərinin həddindən artıq dəyişkənliyi ilə əlaqədar Rusiyadakı televiziya və mətbəx texnikasının satışını dayandırıb.

Xeberler.az bildirir ki, bu barədə Rusiyanın Kommersant qəzetinə müsahibəsinə Toshiba Rusiya-nın baş direktoru Hiroaki Tezuka məlumat verib.

O bildirib ki, Toshiba Rusiyada bundan sonra Russian Mail, Sberbank və Power Machines şirkətləri ilə birgə icra etdikləri müəyyən layihələrdə fəaliyyətini davam etdirəcək.

Toshiba Rusiyanın televiziya satışı bazarında 10 faizlik paya sahib idi.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə