Toshiba dünyada ilk WiMAX noutbuk təqdim etdi

09-10-2008 / 11:52
Toshiba WiMAX-la işləyən Satellite U405-ST550W noutbukunun satışı haqda elan verdi. 13,3 düymlük LSD displeyli noutbuk Windows Vista Home Premium əməliyyat sistemi ilə təmin olunub. Əsas üstünlüyü WiMAX/Wi-Fi şəbəkələri ilə işləməni dəstəkləyən Echo Peak simsiz əlaqə modulunun olmasıdır. Təqdim olunan model həmin texnologiyadan istifadə edən dünyada ilk noutbukdur.
Digər texniki xüsusiyyətlərinə gəldikdə isə, burada təəccübləndirici heç nə yoxdur. U405-ST550W, 4 Gb operativ yaddaşla Core 2 Duo prosessorlarında işləyir, 320 Gb disk həcminə, eSATA/USB Sleep-And-Charge portuna, üzü tanıyan veb-kameraya malikdir.
Noutbuk yaxın günlərdə ToshibaDirect.com saytında satışa çıxarılmalıdır.

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.