Türkiyə Hava Yolları aviaşirkəti əməkdaşlarına sosial şəbəkələr ilə bağlı xəbərdarlıq edib.
Xeberler.az Haber365-ə istinadən məlumat verir ki, şirkət işçilərinə sosial media ilə bağlı bəzi qadağalar tətbiq edib.
Şirkət rəsmisi Bilal Ekşi yayımladığı məlumatda qeyd edib ki, əməkdaşlar öz fərdi hesabları üzərindən etdikləri paylaşımlarda məsuliyyət daşıyır.
Qeyd edilib ki, Türkiyə Hava Yolları imici, prestiji, şirkət prinsiplərinin zərər görməsinə icazə verməyəcək.
Buna görə də əməkdaşlara qarşı bəzi qadağalar tətbiq edilib.
Belə ki, artıq şirkət işçiləri uniformalarda fotolarını yaya bilməyəcək. Bu qadağa aviaşirkətin pilot, bort bələdçilərinə, texniki heyət və digər əməkdaşlara şamil olunur.
Qadağa ilə bağlı aviaşirkətinyaydığı məlumatda qeyd edilir ki, əməkdaşlar sosial şəbəkələrdə iş yerlərini də qeyd edə bilməzlər.
Türkiyə Hava Yolları həmçinin aeroport daxilindən görüntülər (video) paylaşmağı, digər strateji əhəmiyyətli obyektlərin fotolarını yaymağı da qadağan edib.
Şirkətin məlumatında iş saatlarında əməkdaşların sosial mediaya görə işlərini gecikdirməmələri də qeyd edilib.
Türk Hava Yolları həmçinin internet istifadəsi ilə bağlı qanun və qaydalara uyğun olaraq iş məqsədi üçün əməkdaşlarına verdiyi kompüter, mobil telefonu hər hansı bir məlumatdırma olmadan nəzarətə ala biləcək.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri