MilliNet Təşkilat Komitəsi (TK) oktyabrın 26-dan müsabiqəyə buraxılan resursların 1-ci mərhələ üzrə qiymətləndirilməsinə start verdiyini açıqlayıb. Qiymətləndirmə prosesinin daha keyfiyyətli keçməsi üçün ona qeydiyyat başa çatmamış başlanılıb. Qeydiyyat hazırda davam edir və noyabrın 25-də yekunlaşacaq.
MilliNet TK-dan bildirilib ki, indiyədək müsabiqəyə 9 nominasiya üzrə 144 resurs təqdim edilib. Onlardan 100 layihə müsabiqəyə qəbul olunub. “İlin rəqəmsal siması” nominasiyası üzrə namizədlər haqqında məlumatların toplanması isə davam edir.
Təşkilatçılar layihələrini təqdim etmiş, lakin müxtəlif səbəblərdən müsabiqəyə buraxılmamış iştirakçıların 1-ci səsvermə müddəti bitənədək problemləri aradan qaldıraraq yenidən müraciət edə biləcəyini də xatırladıblar. Hazırda MilliNet.az-da qeydiyyatdan keçən istifadəçilər həm öz layihələrini təqdim edə, həm də müsabiqəyə qəbul edilmiş saytları bəyənməklə münasibət bildirə bilərlər.
Müsabiqə qaydalarına əsasən səsvermə iki mərhələdə keçirilir. 1-ci mərhələ noyabrın 30-dək davam edəcək və onun nəticələrinə görə hər nominasiya üzrə nominantlar müəyyənləşəcək. Qalib saytlar isə noyabrın sonunda start götürən və dekabrın 15-dək yekunlaşacaq 2-ci mərhələdə seçiləcək.
Bu il 9 nominasiya üzrə resursları 15 münsif qiymətləndirəcək. “İlin rəqəmsal siması” nominasiyasında qalibi MilliNet TK müəyyən edəcək. Münsiflərin 2-ci mərhələdə verdiyi qiymətlər isə təqdimat mərasimindən sonra açıqlanacaq.
Qaliblərə MilliNet-in ənənəvi mükafatları, qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq. MilliNet 2026-nın yekun təqdimat mərasiminin dekabrda keçirilməsi planlaşdırılır.
Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir. Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, AzTU və 4SİM Azərbaycan qurumlarıdır. Müsabiqənin Baş sponsoru CityNet, Gold sponsorları AzİnTelecom, ABB Innovation və Caspel şirkətləridir. Sponsorlar sırasında SABAH.HUB, CyberPoint, B&B SECURITY, Alas Academy, ULTRA Technologies, Hellojob.az, Prometech və Mediatrends yer alır. Media tərəfdaşları Technote Media, TechZone.az və Xəbərlər.az texnoloji media resurslarıdır.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin məqsədi ən yaxşı rəqəmsal resursları üzə çıxarmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, internetin, informasiya texnologiyalarının və innovasiyaların inkişafına töhfə vermək, rəqəmsal transformasiyanın sürətlənməsinə dəstək verməkdir.
Ətraflı məlumat: www.millinet.az
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları