Məlum olduğu kimi, Twitter ötən ildən bu yana düşdüyü çətinlikdən çıxa bilmir.
Şirkət istifadəçi sayı ilə bağlı böyümə və gəlirlərindəki artım gözləntilərini doğrulda bilməyib.
Son dövrdə isə yoluna müstəqil bir şirkət olaraq davam edib- etməyəcəyi sualıyla gündəmə gələn Twitter bu qərarı sonunda rəsmi müzakirə edəcək.
Xeberler.az Recode-un məlumatına istinadən bildirir verir ki, cümə axşamı toplanacaq Twitter-in İdarə heyəti üzvləri şirkətin bundan sonra necə davam edəcəyinə qərar verəcək.
Bir müddət əvvəl də məlumat verdiyimiz kimi, Twitter-i almaq istəyən bəzi şirkətlərin adı ən çox hallanır.
Onlardan Google, Apple və Rupert Murdoch şirkətlərin adı da var.
Bunlarla yanaşı, xüsusi sərmayə şirkətlərinin də Twitter ilə maraqlandığı və belə bir vəziyyətdə şirkətin yenidən özəlləşdirlərək, bəzi problemlərini daha asan həll edə biləcəyi deyilir.
Xəbərdə qeyd edilir ki, Twitter əsas hissələrini yox, hissə qiymətini təsir etməyən işlərini satmağı düşünür.
Buna görə Twitter MoPub, Vine və ya Fabric kimi əlavə servislərini sataraq daha mərkəzli bir şirkət halına gələ bilər.
Qeyd edilir ki, bu, Twitter-də çalışanların işdən çıxardılma hallarını da azalda bilər.
Mənbələrin məlumatına görə, Twitter işçiləri bu hadisələrdən narahatdır, onlar işlərini itirməkdən narahatdır.
Qeyd edək ki, Twitter son dövrlərdə gəlirlərini artırmaq üçün önəmli adımlar atır.
Periscope-ə reklam alınması və beləliklə, canlı yayımların gəlir gətirəcək hala gəlməsi bu addımlardan ən yenisidir.
Amma bunlar da şirkətin vəziyyətini yaxşılaşdıra bilməyib.
Twitter-in bazar dəyəri bu gün təxminən 14 milyard dollardır. Belə olan halda potensial bir alıcının bunun üzərində bir qiyməti gözdən rahatlıqla çıxarması lazımdır.
Günel
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 Windows 10-u necə sürətləndirmək olar?
 Bizi idarə edən güc: Netokratiya
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 Facebook müəmması
 4G mobil texnologiyası niyə ləngiyir?
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 Satışa çıxarılmış Azərbaycan adları