Twitter geriləməyə başlayıb

11-02-2016 / 14:01

Twitter sosial şəbəkəsinin səhmləri 10 faiz dəyər itirib.

Xeberler.az məlumat verir ki, şirkət rəhbərliyi ötən ilin son rübünün nəticələsini  açıqlayıb.

Qeyd edilib ki, bu səhmlərin azalmasına səbəb sosial şəbəkə istifadəçilərinin azalması olub.

 

Məlumatda qeyd olunub ki, şirkətin gəlirləri 90 milyon dollar azalıb.

Rəhbərlik bildirib ki, şəbəkənin aylıq fəal istifadəçilərinin sayı artıq iki aydır ki, dəyişməz olaraq qalır.  Ay ərzində istifadəçilərin sayı orta hesabla 320 milyon təşkil edib. Bu, Twitter tarixində bir ilk hesab olunur. 

Şirkətin 2014-cü ildəki fəaliyyəti daha uğurlu olmuşdu. Həmin ilin 4-cü rübündə Twitter-in gəlirləri 48 faiz artaraq 710 milyon dollar təşkil etmişdi.

İnformasiya texnologiyası sahəsində araşdırma aparan Qartner şirkətinin tədqiqatçısı Brayan Blau deyib ki, istifadəçi sayının artmaması, lakin yaxşı maliyyə göstəriciləri ilə Twitter hələlik biznesini necə canlandıra biləcəyini göstərməyib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə