Previous Next
Bağla

UNEC-dən növbəti yenilik: Virtual Karyera Yarmarkası

28-06-2022 21:36
UNEC-dən növbəti yenilik: Virtual Karyera Yarmarkası

UNEC-də ilk dəfə onlayn platforma üzərindən XIV Karyera Yarmarkası keçirilib.

Xeberler.az bildirir ki, Karyera Yarmarkasının açılışında çıxış edən UNEC rektoru professor Ədalət Muradov ilk dəfə olaraq onlayn keçirilən yarmarkanın gələcəkdə hər ay təşkil olunmasının nəzərdə tutulduğunu bildirib.  Rektor məzunların işlə təmin edilməsinin UNEC-in strateji inkişafının əsas hədəflərindən biri olduğuna diqqət çəkərək, onların əmək bazarında layiqli yer tapmasının universitetlərin keyfiyyət göstəricilərindən biri olduğunu deyib.

Çıxışda bildirilib ki, bu il UNEC-dən 3478 bakalavr, 1678 magistr olmaqla, 5165 tələbə məzun olacaq. Ümumilikdə isə UNEC, Zaqatala filialı, UNEC nəzdindəki kolleclərdən 5674 məzun əmək bazarına vəsiqə alacaq. Rektor iş dünyasına təqdim edilən “UNEC2B” platformasından da söz açıb: “Platformaya əsasən, UNEC məzunlarına keyfiyyət zəmanəti verir, belə ki, məzunlar işə götürüldüyü halda, zəif tərəfləri aşkarlanarsa, universitet üç il ərzində onlara iş dünyasının tələbinə uyğun olaraq təlimlər keçəcək. Həmçinin, iş müsahibəsi zamanı UNEC tələbələrinin zəif cəhətləri aşkar olunarsa, məzun olana qədər həmin zəifliyinin aradan qaldırılmasını da UNEC öz üzərinə götürür”.

Ə.Muradov keçən ilki məzunların 66 faizinin işlə təmin edildiyini, bu rəqəmin artırılması üçün kifayət qədər potensialın olduğunu deyib. UNEC-in ötən il 31 şirkətlə görüşlər təşkil etdiyini, 9 qurumla əməkdaşlıq müqaviləsi imzalandığından söz açan rektor,  Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində Agentliyin bazasında olan məlumatların UNEC-in elektron universitet modelinə inteqrasiya olunacağını vurğulayıb.

Rektor bu il keçirilən onlayn Karyera Yarmarkasında 3722 tələbə və məzunun qeydiyyatdan keçdiyini, ölkənin aparıcı şirkətləri tərəfindən 702 vakansiya, 54 təcrübə proqramının təqdim olunduğunu qeyd edib. O, Karyera Yarmarkasının faydalı olacağından əminliyini ifadə edərək, nəticələrin ictimaiyyətə açıqlanacağını  bildirib.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev UNEC-in son illərdəki inkişafını, eləcə də məzunların məşğulluğu ilə bağlı həyata keçirdiyi yenilikləri yüksək qiymətləndirib. Komitə sədri Karyera Yarmarkasının onlayn keçirilməsinin üstünlüklərindən danışıb, yeniliyin tətbiqinin gələcəkdə beynəlxalq şirkətlərin bu işə cəlb olunmasına böyük imkanlar yaratdığını bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli UNEC-in daim yeniliklərlə çıxış etdiyini bildirərək, virtual karyera yarmarkasını uğurlu platforma kimi qiymətləndirib. Agentlik sədri təhsil və məşğulluğun əsas hədəflərini açıqlayıb, əmək bazarının tələb və təkliflərindən, universitetlərin bu istiqamətdə üzərinə düşən vəzifələrdən söz açıb.

Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nərgiz Nəsrullayeva Müdüroğlu təmsil etdiyi qurumun gənclərin məşğulluğundakı rolundan və layihələrindən danışıb. AmCham-ın UNEC-lə əməkdaşlığı çərçivəsində tələbə və məzunların palatanın tərkibinə daxil olan şirkətlərdə işə cəlb olunduqlarını və təcrübə proqramlarında iştirak etdiklərini diqqətə çatdırıb, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayb.

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın UNEC-in iş dünyası ilə sıx əməkdaşlıq istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər və layihələr həyata keçirdiyini yüksək qiymətləndirib. O, onlayn Karyera Yarmarkasının məzunların məşğulluğunda, karyera qurmalarında faydalı olacağından əminliyini ifadə edib.

Sonra Azərbaycan İnsan Resursları Assosiasiyasının rəhbəri, UNEC məzunu Tural Məmmədov iş dünyasının tələbləri, məzunların fərdi və peşəkar keyfiyyətləri  barədə çıxış edib. Bu istiqamətdə iş dünyasının universitetlərdən gözləntilərini açıqlayan T.Məmmədov UNEC-də yumşaq və sərt bacarıqların inkişaf etdirilməsi ilə bağlı kafedranın fəaliyyət göstərdiyini və fənlərin tədris olunduğuna diqqət çəkərək, bu yeniliyi yüksək dəyərləndirib.

Sonda çıxış edənlər  Karyera Yarmarkasının fəaliyyətinə uğurlar arzulayıblar.

Qeyd edək ki, UNEC XIV onlayn Karyera Yarmarkası iyunun 29-dək davam edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

UNEC ilə MÜSİAD arasında anlaşma memorandumu imzalanıb

12-01-2024

UNEC-də ilk dəfə Online Karyera Günləri keçiriləcək

07-05-2020

UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

02-04-2020

UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

04-03-2020

UNEC-in 95 illik yubileyi qeyd olunub

19-06-2025

UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

24-03-2020

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

UNEC distant təhsilə hazırlaşır

23-01-2024

Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır

12-06-2019

İqtisad Universiteti sertifikata layiq görülüb

12-10-2015

UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb

24-09-2024

“Texnoloji mütəxəssislərə ehtiyac var”

18-02-2016

UNEC elektron imza ilə sənəd dövriyyəsinə başlayıb

01-08-2023

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020

UNEC-də “Tələbə-StartUp” müsabiqəsi təşkil olunub

23-12-2025

UNEC onlayn idarəetməyə keçdi

01-04-2020

Distant dərslərin evdən təşkili uğurla nəticələnib

11-04-2020

İqtisad Universitetində elektron universitet modeli tətbiq olunur

15-09-2015

UNEC Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

23-10-2018

UNEC tələbələrinin startaplara cəlb edilməsi genişləndirilir

16-10-2024

UNEC-də virtual dekanlıq yaradılıb

04-11-2020

UNEC tələbələri "Bir ideyam var" adlı layihədə qalib olublar

04-08-2022

Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

01-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə