Previous Next
Bağla

UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

04-03-2020 12:45
UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

UNEC ilə Danimarkanın Area9 Lyceum ApS şirkəti arasında adaptive təhsillə sahəsində əməkdaşlıqla bağlı şirkətin İdarə Heyətinin sədri Ulrik Juul Kristensen universitetdə olub.

Xeberler.az bildirir ki, UNEC rektoru, professor Ədalət Muradovla görüşdə U.J.Kristensenə universitet barədə ətraflı məlumat verilib. UNEC-in Avropanın və Amerikanın aparıcı universitetləri ilə ikili diplom proqramlarından bəhs olunub. Rəqəmsallaşmanın təhsil sahəsində ciddi dəyişiklikləri qaçılmaz etdiyini deyən Ə.Muradov, UNEC-in bu istiqamətdə uğurlu addımlar atdığını deyib. Rektor ölkədə ilk dəfə olaraq, UNEC-də distant təhsilə start verildiyini diqqətə çatdırıb.

Urlik Kristsen adaptiv təhsilin əhəmiyyətindən söz açaraq, bu platformanın təhsil və  korporativ təlim sahəsində səmərəliliyindən danışıb. Bildirib ki, adaptiv təhsil tələbənin, eləcə də korporativ sektorda çalışanların fərdi qabiliyyət və ehtiyaclarını maksimum dərəcədə nəzərə alan bir təhsil platformasıdır. Bu platformada elektron tədris sistemləri vasitəsilə təhsil alanların bilik səviyyəsinə uyğun olaraq, materiallar mətn, audio və video formatında təqdim edilir, materialın mənimsənilməsi qiymətləndirilir və kurs çərçivəsində sonrakı istiqamət müəyyənləşdirilir.

U.Kristensen bildirib ki, adaptiv təhsil təhsilalana iki dəfə az müddətə kursu tam mənimsəməyə imkan verir.

Görüşdə UNEC-lə ş Area9 Lyceum ApS şirkət arasında əməkdaşlıq imkanları müzakirə olunub. Rektor Ədalət Muradov adaptiv təhsil sahəsində də UNEC-in ölkədə yeni bir ilkə imza atacağını və bu istiqamətdə Area9 Lyceum ApS şirkəti ilə əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.

Sonra hər iki tərəf arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Area9 Lyceum ApS şirkəti UNEC-də təhsil sahəsində və korporativ sektor üçün adaptiv təhsilin tətbiqi üçün proqram təminatı təqdim edəcək, eyni zamanda bu istiqamətdə texniki dəstək göstərəcək.

Həmçinin UNEC müəllimlərinin adaptiv təhsil proqramlarını mənimsəməsi üçün təlimlərini və sertifikatlandırılmasını təşkil edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

UNEC distant təhsilə hazırlaşır

23-01-2024

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

UNEC ilə MÜSİAD arasında anlaşma memorandumu imzalanıb

12-01-2024

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020

UNEC-in 95 illik yubileyi qeyd olunub

19-06-2025

“EduHack” hakatonu başa çatıb

03-08-2020

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020

UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

02-04-2020

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020

Distant dərslərin evdən təşkili uğurla nəticələnib

11-04-2020

UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

24-03-2020

UNEC onlayn idarəetməyə keçdi

01-04-2020

İqtisad Universiteti yeni texnoparkla bağlı danışıq aparır

02-10-2015

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020

UNEC-dən növbəti yenilik: Virtual Karyera Yarmarkası

28-06-2022

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020

İqtisad Universiteti sertifikata layiq görülüb

12-10-2015

UNEC tələbələrinə innovativ və operativ xidmət: Bir pəncərə

21-05-2019

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu baş tutub

02-05-2020

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020

UNEC tələbələrinə Smart tələbə kartları təqdim olunub

01-11-2019

UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb

24-09-2024

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə