Previous Next
Bağla

Universitetdə internet studiya yaradılır

13-01-2012 11:59
Universitetdə internet studiya yaradılır

Məlum olduğu kimi, ötən ildən başlayaraq “Ali təhsil müəssisələrində Yeni medianın  tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb.  Layihə Multimedia Mərkəzi tərəfindən  Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə sıx əməkdaşlıq şəraitində keçirilir.

Xeberler.az-ın məlumatına görə, layihə çərçivəsində yeni media sahəsi ilə əlaqəli fənlərin tədris modellərinin hazırlanması , jurnalistika təhsili verən hər bir ali təhsil müəssisəsi üçün Onlayn laboratoriya- onlayn qəzetin modulunun və  Yeni media texnologiyalarının tədris edən müəllimlərə köməklik məqsədilə elektron tədris resursun yaradılması, təlimlərin keçirilməsi  nəzərdə tutulur.  

Həmçinin layihə çərçivəsində yalnız bir ali təhsil müəssisəsində - BDU-nun  jurnalistika fakültəsində internet tv studiyanın yaradılması planlaşdırılıb.

Bu gün Layihə çərçivəsində görüləcək işlərlə bağlı BDU-nun rektoru, akademik Abel Məhərrəmovla görüş keçirilib. Görüşdə Layihənin direktoru , Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz, Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, Kafedra müdiri Cahangir Məmmədli və digər şəxslər iştirak ediblər .

Layihənin rəhbəri Osman Gündüz ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənən “Ali təhsil müəssisələrində Yeni medianın  tədrisinin təkmilləşdirilməsi ” layihəsi haqqında və layihə çərçivəsində BDU-da görülməsi nəzərdə tutulan işlər haqqında məlumat verib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Yeni media texnologiyalarının və bu  sahədə tədris prosesinin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

O, bu istiqamətdə atılan addımların, xüsusilə də yeni medianın tədrisinin Universitetlərdə təkmilləşdirilməsinin olduqca vacib olduğunu qeyd edib. Yaradılacaq İnternet studiyanın, onlayn resursların media bazarının tələblərinə cavab verən kadrlar hazırlanmasında önəmli rol oynayacağını bildirib. O, İnternet studiyanın digər Universitetlərin faydalanması  üçün də əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə Abel müəllim tələbələrin praktiki bacarıqlarının artırılmasının daha mükəmməl sisteminin yaradılmasını sürətləndirmək üçün layihə çərçivəsində yaradılacaq İnternet Studiyanın Universitetin hesabına daha  da zənginləşdirilməsinə göstəriş verib.

O, yeni media texnologiyalarının tədrisi və praktiki təcrübə üçün gərəkli olan digər bütün yeni avadanlıqların dərhal Universitet hesabına alınması və quraşdırılmasına göstəriş verib. Eyni zamanda internet tv studiyanın daha geniş və şəraiti normal olan otaqda yaradılmasının və prosesin tezləşdirilməsinin vacibliyini qeyd edib.

Sonda Abel müəllim görüləcək işlərlə bağlı tövsiyələrini çatdırıb, layihə çərçivəsində görüləcək işlərə uğurlar  arzulayıb və  jurnalistika fakültəsinin modernləşdirilməsi istiqamətində yeni təklifləri gözlədiyini vurğulayıb.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Onlayn laboratoriya təqdim olunacaq

21-02-2012

Onlayn laboratoriyanın təqdimatı olub

23-02-2012

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi ” layihəsi çərçivəsində işlər davam etdirilir

09-01-2012

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb

30-09-2011

Yeni medianın tədris modullarının hazırlanması üzrə işlər artıq başa çatıb

03-04-2012

Yeni media sahəsində çalışanların sorğu anketi

14-10-2011

“Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” tədbiri keçiriləcək

30-04-2012

Yeni medianın tədris modulları Elmi Şurada təsdiqlənib

30-05-2012

Yeni medianın tədris proqramları və “Onlayn Media Təhsili” layihələri təqdim olunub

15-11-2012

Yeni medianın tədris modulları hazırlanıb

04-05-2012

Yeni Medianın yeni tədris modeli hazırlanmalıdır

22-11-2011

“Yeni media : kadr təminatı və peşəkarlıq” konfransı keçiriləcək

20-11-2011

Yeni medianın tədris modulları çap olunub

12-10-2012

Yeni media ilə bağlı təlimlər başa çatıb

29-09-2012

Jurnalistika fakültəsinin dekanı bəlli oldu – Rəsmi

06-07-2017

Bakı Dövlət Universitetində virtual universitet yaradılır

10-04-2009

Təhsil Nazirliyi TV kanal açır

19-05-2015

Osman Gündüz: “Yeni Medianın inkişaf perspektivləri” mövzusunda Konfrans keçiriləcək

01-05-2014

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” adlı konfrans keçirilir

15-05-2025

BDU-nun Tədris Elektron Mərkəzinin açılışı olub

25-11-2010

“Jurnalistlərin İKT bacarıqlarının artılrılmasına dəstək” Layihəsi başladı

19-07-2008

“Beynəlxalq mediada Azərbaycan mövzusu” müzakirə edilir-Foto

11-10-2016

BDU-da Yüksək Texnologiyalar Mərkəzi fəaliyyət göstərəcək

01-09-2016

“Türkiyə universitetləri müasir texnologiyalarla yetərincə təmin edilib”

21-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə