Previous Next
Bağla

Yeni medianın tədris proqramları və “Onlayn Media Təhsili” layihələri təqdim olunub

15-11-2012 14:37
Yeni medianın tədris proqramları və  “Onlayn Media Təhsili” layihələri təqdim olunub

Bu gün Hilton Otelində İREX və Multimedia Mərkəzi tərəfindən Yeni Medianın Proqramları və Onlayn media kurslarının təqdimatı mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, təqdimat mərasimində İREX Azərbaycanın rəhbəri Angela Nicoara, Təhsil nazirinin müavini Qulu Novruzov və Multimedia Mərkəzinin rəhbəri, AİF –in prezidenti Osman Gündüz açılış nitqi işə çıxış ediblər.

Təhsil Nazirinin müavini adı çəkilən sahənin inkişafının əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, ölkədə peşəkar kadrların hazırlanmasında, Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında təqdim olunan resursların əhəmiyyətli rol oynayacağını qeyd edib.  

İREX Azərbaycanın əməkdaşı Ülviyyə Əsədzadə USAİD-in maliyyə dəstəyi hazırlanan “Onlayn jurnalistika təlimi platforması”, Osman Gündüz “Yeni Medianın tədris proqramları” mövzularında təqdimatlar ediblər.

Yeni Medianın tədris proqramlarını “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Multimedia Mərkəzi hazırlayıb. Layihə ABŞ - Azərbaycan Medianın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.

Multimedia Mərkəzi bildirir ki, yeni medianın tədris proqramları hazırlanarkən  beynəlxalq təcrübə öyrənilib, ölkədə mövcud olan media bazarında kadrlarla bağlı tələb-təklif münasibətləri araşdırılıb, hazırlanan modulların layihələrinin elmi və ictimai müzakirələri keçirilib.

Proqramlar BDU və Azərbaycan Universitetlərinin elmi şuralarında müzakirə edilərək bəyənilib, sahə üzrə ekspertlər və peşəkarlar tərəfindən müsbət rəylər verilib.

Yeni medianın tədris proqramları Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.

Yeni Medianın tədris proqramları artıq kitabça formasında çap edilib. Kitabçaya Universitetlərdə tədrisi nəzərdə tutulan Yeni mediaya giriş, onlayn jurnalistika, Multimedia jurnalistika və Sosial Media fənnlərinin proqramları daxil edilib.

Yeni medianın tədris modulları Təqdimat iştirakçılarına paylanıb.

Təqdimat mərasimində həmçinin adı çəkilən layihə çərçivəsində BDU-da yaradılan internet studiya haqqında və 7 Universitetə təqdim  olunan onlayn laboratoriyalar haqqında məlumatlar  verilib.

Mövzular ətrafında müzakirələr keçirilib. Müzakirələrdə  Azərbaycan Universitetinin müəllimləri Lalə Dilanova və Seymur Kazımov, CASFEN qurumunun rəhbəri Azər Həsrət, layihə rəhbəri Ramil İsgəndərli, professor Qulu Məhərrəmli, Avrasiya Universitetinin dosenti Mətləb Mütəllimov, Yeni media mütəxəssisləri Azər Nəzərov və İlqar Mirzə, BDU-unun müəllimi Könül Niftəliyeva və kafedra müdiri Aynur Kərimova  çıxış ediblər.

Çıxışlarda  ölkədə Yeni media infrastrukturunun inkişafı, yeni media sahəsində peşəkarlığın artırılması sahəsində təqdim olunan resursların əhəmiyyəti qeyd olunub. Bu sahənin daim inkişaf edən sahə olması səbəbindən Ali təhsil müəssisələrində yeni media texnologiyalarının tədrisinin çevik və effektiv formada qurulmasının vacibliyi bildirilib.

Yeni medianı tədris edən  kadrların peşəkarlığının artırılmasının xüsusi əhəmiyyət kəsb etməsi bildirilib.

Gələcəkdə bu sahənin sistemli formada dəstəklənməsinin zəruriliyi diqqətə çatdırılıb.

 

Xeberler.az

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yeni medianın tədris modulları çap olunub

Yeni medianın tədris modulları çap olunub

12-10-2012
                                  Yeni medianın tədris modulları hazırlanıb

Yeni medianın tədris modulları hazırlanıb

04-05-2012
Yeni medianın tədris modulları Elmi Şurada təsdiqlənib

Yeni medianın tədris modulları Elmi Şurada təsdiqlənib

30-05-2012
“Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” tədbiri keçiriləcək

“Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” tədbiri keçiriləcək

30-04-2012
Onlayn laboratoriyanın təqdimatı olub

Onlayn laboratoriyanın təqdimatı olub

23-02-2012
Yeni Medianın yeni tədris modeli hazırlanmalıdır

Yeni Medianın yeni tədris modeli hazırlanmalıdır

22-11-2011
Osman Gündüz: “Yeni Medianın  inkişaf perspektivləri” mövzusunda Konfrans keçiriləcək

Osman Gündüz: “Yeni Medianın inkişaf perspektivləri” mövzusunda Konfrans keçiriləcək

01-05-2014
Onlayn laboratoriya təqdim olunacaq

Onlayn laboratoriya təqdim olunacaq

21-02-2012
Universitetdə internet studiya yaradılır

Universitetdə internet studiya yaradılır

13-01-2012
Yeni medianın tədris modullarının hazırlanması üzrə işlər artıq başa çatıb

Yeni medianın tədris modullarının hazırlanması üzrə işlər artıq başa çatıb

03-04-2012
“Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb

30-09-2011
“Yeni media : kadr təminatı və peşəkarlıq” konfransı keçiriləcək

“Yeni media : kadr təminatı və peşəkarlıq” konfransı keçiriləcək

20-11-2011
Yeni media sahəsində çalışanların sorğu anketi

Yeni media sahəsində çalışanların sorğu anketi

14-10-2011
Yeni media ilə bağlı təlimlər başa çatıb

Yeni media ilə bağlı təlimlər başa çatıb

29-09-2012
“Yeni medianın tədrisinin təkmilləşdirilməsi ” layihəsi çərçivəsində işlər davam etdirilir

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi ” layihəsi çərçivəsində işlər davam etdirilir

09-01-2012
“Jurnalistlerin İKT bacarıqlarına dəstək  ” Layihəsinin yekunlarına həsr olunan Tədbir keçirildi

“Jurnalistlerin İKT bacarıqlarına dəstək ” Layihəsinin yekunlarına həsr olunan Tədbir keçirildi

28-01-2009
“Müəllimlər üçün sosial servislər” kitabının Təqdimatı keçirilib

“Müəllimlər üçün sosial servislər” kitabının Təqdimatı keçirilib

07-12-2012
Yeni media anlayışı. Yeni media və multimedia

Yeni media anlayışı. Yeni media və multimedia

00-00-0000
“Yeni Media və yeni çağırışlar” konfransı keçirilib

“Yeni Media və yeni çağırışlar” konfransı keçirilib

27-05-2014
Müəllimlər üçün keçirilən təlimlər başa çatdı

Müəllimlər üçün keçirilən təlimlər başa çatdı

14-04-2012
“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

29-02-2012
İnternet texnologiyaların və sosial servislərin tədris prosesində istifadəsi ilə bağlı Təlimlər başa çatıb

İnternet texnologiyaların və sosial servislərin tədris prosesində istifadəsi ilə bağlı Təlimlər başa çatıb

06-05-2013
Osman Gündüz - 55

Osman Gündüz - 55

24-03-2016
“Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır

“Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır

10-09-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə