Previous Next
Bağla

Yeni Medianın yeni tədris modeli hazırlanmalıdır

22-11-2011 15:03
Yeni Medianın yeni tədris modeli hazırlanmalıdır

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən “Yeni media: kadr təminatı və peşəkarlıq” mövzusunda konfrans təşkil olunub.

Multimedia Mərkəzinin rəhbəri, AİF-in prezidenti  Osman Gündüz konfransı açaraq onun məramı və məqsədi haqqında məlumat verib.

Ölkədə Yeni Medianın sürətli inkişaf etdiyi bir məqamda adı çəkilən mövzunun kifayət qədər önəmli olduğunu diqqətə çəkib. O, yeni media mütəxəssislərinin hazırlanması istiqamətində peşəkar müzakirələrə  ciddi ehtiyac olduğunu bildirib.

Konfransda  Mətbuat Şurasının sədri Əflatun Amaşov açılış nitqi ilə çıxış edib. O, artıq ölkədə İnternet medianın bir infrastruktur olaraq formalaşdığını və insanların informasiya münasibətlərində yeni media subyektlərinin mühüm yeri olduğunu qeyd edib. O, Yeni Medianın inkişafına ciddi diqqət  yetirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə atılan addımları dəstəklədiyini və bu sahənin son dövrlərdə Mətbuat Şurasının da nəzərində olduğunu qeyd edib.

Konfransda Osman Gündüz “Yeni medianın vəziyyəti və peşəkarlıq”, BDU-nun  Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi Kafedrasının müəllimi Könül Niftəliyeva “Jurnalistika təhsilində yeni medianın yeri” və weboxu.com bloqunun sahibi, AİF İH üzvü Şaiq Muradov “Sosial mediadan effektiv istifadə imkanları” mövzularında təqdimatlar ediblər.

Təqdimatlarda  bütövlükdə yeni medianın mövcud vəziyyəti, problemlər və onların aradan qaldırılması ilə bağlı təklif və tövsiyələr öz əksini tapıb. Ölkədə dinamik inkişaf edən yeni media sektorunun hazırda əsas problemlərindən birinin də kadr təminatı ilə bağlı olduğu qeyd edilib.

Problemin aradan qaldırılması üçün ali təhsil müəssisələrində yeni tədris modelinin yaradılmasının vacibliyi, Universitetlərdə tələbələrin praktiki bacarıqlar əldə etməsi üçün şəraitin yaradılması, onlayn laboratoriyaların təşkil edilməsi, tədris  və biznes sektorunun əməkdaşlığının zəruriliyi və digər səmərəli təkliflər irəli sürülüb.

Konfransda mövzu ətrafında səmərəli müzakirələr aparılıb. Müzakirələrdə İREX-in əməkdaşları Ələsgər Məmmədli Mürsəl Əliyev, AMEA İTİ-nin şöbə müdiri Rasim Mahmudov, BDU-nun və Naxçıvan Dövlət Universitetlərinin kafedra müdirləri Cahangir Məmmədli və Seyid Surə, Qafqaz və Xəzər  Universitetlərinin İnternet jurnalistika müəllimləri Emin Hüseynzadə və Aydın Xan, RİTN-nin nümayəndəsi Kamal Məmmədov, Sahil şirkətinin direktoru Vahid Qasımov, BDU-nun beynəlxalq jurnalistika üzrə magistri, yeni media sahəsində fəaliyyət göstərən  Ellada Mustafayeva, yeni media mütəxəssisi Azər Nəzərov, BDU-nUn Jurnalistika fakültəsinin dekan müavini Əli Hacıyev və digərləri çıxış ediblər.

Çıxışlarda yeni media sahəsində yeni yaranan münasibətlərə, yeni kadrlara olan tələbata,  yeni medianın tədrisi vəziyyətinə ciddi diqqət  yetirilib. Peşəkar yeni media mütəxəssislərinin hazırlanması üçün təhsil, biznes və İKT sektorunun birgə səylərinin  gücləndirilməsinin vacibliyi bildirilib.

Yeni medianın tədrisinin təkmilləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Yeni media ilə əlaqəli fənnin əsas fənn olaraq tədris edilməsinin vacibliyi vurğulanıb.

Konfransda  İnternet media qurumları və Jurnalistika təhsili verən ali təhsil müəssisələrin nümayəndələri, yeni media texnologiyaları sahəsində çalışanlar, dövlət qurumları  və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Konfransın yekununda  irəli sürülən təklif və tövsiyələrin ümumiləşdirilərək  yeni medianın tədris modelinin hazırlanmasında istifadə ediləcəyi  qeyd olunub. Gələn ilin əvvəlində yeni medianın tədris modelinin layihəsinin  müzakirəyə çıxarılacağı bildirilib.

Konfrans Multimedia Mərkəzinin həyata keçirdiyi ”Yeni medianın  tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində keçirilir. Layihə ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Yeni media : kadr təminatı və peşəkarlıq” konfransı keçiriləcək

20-11-2011

“Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” tədbiri keçiriləcək

30-04-2012

Yeni medianın tədris modulları hazırlanıb

04-05-2012

Yeni medianın tədris proqramları və “Onlayn Media Təhsili” layihələri təqdim olunub

15-11-2012

Yeni medianın tədris modulları Elmi Şurada təsdiqlənib

30-05-2012

Yeni medianın tədris modulları çap olunub

12-10-2012

Universitetdə internet studiya yaradılır

13-01-2012

Onlayn laboratoriyanın təqdimatı olub

23-02-2012

Osman Gündüz: “Yeni Medianın inkişaf perspektivləri” mövzusunda Konfrans keçiriləcək

01-05-2014

Onlayn laboratoriya təqdim olunacaq

21-02-2012

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb

30-09-2011

Yeni medianın tədris modullarının hazırlanması üzrə işlər artıq başa çatıb

03-04-2012

“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

26-05-2014

“Yeni Media və yeni çağırışlar” konfransı keçirilib

27-05-2014

Yeni media sahəsində çalışanların sorğu anketi

14-10-2011

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi ” layihəsi çərçivəsində işlər davam etdirilir

09-01-2012

Dövlət provayderləri ya özəlləşdirilməli, ya da ləğv edilməlidir

17-07-2012

Yeni media ilə bağlı təlimlər başa çatıb

29-09-2012

Yeni media anlayışı. Yeni media və multimedia

00-00-0000

Osman Gündüz Avropa institutlarından Informasiya əldə edilməsi haqqında Qanuna ediləcək dəyişikliklərlə bağlı münasibət bildirməsini istəyib

07-06-2012

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” adlı konfrans keçirilir

15-05-2025

Medianın İnkişafı Agentliyinin sədri: Medianın yeni formalaşan trendləri texnoloji təhdidlərə də səbəb olur

11-10-2024

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirilib

04-02-2014

“Jurnalistlerin İKT bacarıqlarına dəstək ” Layihəsinin yekunlarına həsr olunan Tədbir keçirildi

28-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə