Previous Next
Bağla

Ünvanlı dövlət sosial yardım sistemi təkmilləşdirilir

26-08-2015 15:39
Ünvanlı dövlət sosial yardım sistemi təkmilləşdirilir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində  Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti nümayəndələri ilə görüş keçirilib.

Xeberler.az-a MHM-dən verilən məlumata görə, görüşdə "Ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının prezidentinin 23 fevral 2015-ci il fərmanı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) fəaliyyətinin "Elektron Hökumət" portalı üzərindən təşkili ilə əlaqədar, MKR informasiya sisteminin portala qoşulması, müvafiq servisin hazırlanması məsələlərinin müzakirəsi olub.

Bildiyiniz kimi, müvafiq fərmana uyğun olaraq, vətəndaşlara ünvanlı dövlət sosial yardımın alınması üçün fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.) istifadə etməklə elektron formada müraciət etmək imkanını yaratmaq məqsədilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resursları əlavə edilməlidir.

Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə ƏƏSMN “Elektron hökumət” portalı vasitəsilə müvafiq dövlət qurumlarının informasiya resurslarına çıxışını təmin etməlidir.

Tam olaraq 20 dövlət qurumunun mülkiyyətində olan informasiya sistemlərindən müxtəlif servislərin hazırlanaraq portala təqdim edilməsi nəzərdə tutulmuşdur. Artıq  bir sıra dövlət qurumları tərəfindən informasiya sistemlərinin və müvafiq servislərin portala inteqrasiyası başa çatdırılmışdır. Cari görüşdə RYTN MHM, ƏƏSMN və MB MKR  arasında "Elektron hökumət” portalı vasitəsilə müvafiq informasiya resursuna çıxışın təmin edilməsi məsələsinin məqsədəuyğun təşkili üzrə müzakirələr aparıldı. Məsələnin hüquqi, texniki tərəfləri danışıldı.

Həmçinin, görüş zamanı ƏƏSMN nümayəndəsi tərəfindən vətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımının alınması üçün elektron formada müraciət (ərizə) göndərilməsi üçün proqram təminatının hazırlandığı və artıq test işlərinə başlanıldığı bildirildi.

VEMTAS istifadəyə verildikdən sonra istənilən vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün internet vasitəsilə elektron qaydada müraciət edə biləcək. Müraciət qəbul edildikdən sonra proqram təminatı tərəfindən təyin olunmuş qrafik əsasında müraciətin edildiyi ailənin maddi-məişət şəraitinin müayinəsini aparılacaq. Ailənin maddi-məişət şəraitinin müayinəsi təyin olunmuş müddət ərzində və müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçiriləcək. Müayinənin nəticələri real vaxt rejimində VEMTAS-a ötürüləcək.

Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün edilən müraciətə baxılması üçün müvafiq məlumatların “Elektron Hökumət” portalı üzərindən aidiyyatı dövlət qurumlarının informasiya resurslarından real vaxt rejimində əldə edilməsi təmin olunacaq.

Əldə olunan bütün məlumatlar ümumiləşdirildikdən və təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul ediləcək. Vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat onun elektron ünvanına, yaxud mesaj formasında mobil telefon nömrəsinə göndəriləcək.

Ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunduğu halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka sifarişin göndərilməsi avtomatik şəraitdə həyata keçiriləcək. Bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud mesaj formasında mobil telefonuna göndəriləcək.

Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması innovativ texnologiyaların tətbiqi yolu ilə aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaradacaq.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılması prosesi yekunlaşıb

07-07-2015

Ünvanlı sosial yardım almaq istəyənlər İnternet vasitəsilə müraciət edə biləcək

07-07-2015

Ünvanlı sosial yardımın təyinatı sadələşdirilir

09-01-2016

Sosial yardım alanlar elektron müraciət edə biləcəklər

24-02-2015

Ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciət sistemi yaradlır

24-02-2015

Ünvanlı sosial yardım almaq istəyənlər onlayn müraciət edəcək

17-12-2015

Ünvanlı sosial yardım üzrə elektron sistem təqdim edilib

22-02-2016

Ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçilir

30-04-2015

Ölkədə 11 min ailə ünvanlı sosial yardımı internetlə alıb

06-07-2016

Nazirliyin portala qoşulmalı olan informasiya ehtiyatlarına əlavələr edilir

13-11-2015

Ünvanlı sosial yardım üçün e-müraciətlə bağlı treninqlər başlayıb

24-02-2016

Səlim Müslümov: “Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması davam etdirilir”

28-05-2015

Vətəndaşlar Vahid Elektron Müraciət Sistemindən rahat şəkildə istifadə edir

19-06-2015

Sosial yardım üçün müraciət zamanı torpağa mülkiyyət hüququna dair çıxarış tələb edilməyəcək

29-01-2019

Ünvanlı dövlət sosial yardımı sistemi avtomatlaşdırılıb

22-10-2015

Ünvanlı yardım üçün müraciət proseduru daha da təkmilləşdirilib

03-06-2024

Portalda ən çox müraciət olunan sahələr açıqlanıb

06-03-2017

Ünvanlı sosial yardım alanlar üçün elektron imzalar ödənişsiz olacaq

11-02-2015

“Kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılıb”- Müsahibə

02-03-2016

DSMF: On bir ayda 93 mindən çox elektron arayış alınıb

04-12-2024

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015

Son üç ayda DSMF-dən 34 minə yaxın elektron arayış alınıb

04-04-2025

Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

20-09-2017

Ötən iki ayda DSMF-nin fəaliyyəti üzrə 26 mindən çox elektron arayış alınıb

06-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə