Previous Next
Bağla

Sosial yardım alanlar elektron müraciət edə biləcəklər

24-02-2015 17:31
Sosial yardım alanlar elektron müraciət edə biləcəklər

“Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılmaqla, bu yardımların təyinatı prosesinin tam avtomatlaşdırılması üçün yaxın beş ay ərzində texniki infrastrukturun hazırlanması təmin ediləcək”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyind'n Xəbərlər-ə verilən məumata görəbunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov fərmanın icrası məsələləri ilə əlaqədar keçirilən mətbuat konfransında məlumat verib.

Ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrin sosial müdafiəsinə yönəldiyini qeyd edən S.Müslümov bildirib ki, hələ 2013-cü ilin sonlarına doğru ünvanlı sosial yardımların təyinatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması üçün ünvanlı yardım alan ailələrin siyahısı ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az), habelə əhalinin sosial müdafiəsi mərkəzlərində cəmiyyətə açıqlanıb.

Nazir bildirib ki, ünvanlı sosial yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün bu sahənin tam avtomatlaşdırılması ƏƏSMN-nin islahat tədbirlərinin mühüm bir istiqamətini təşkil edib. Bununla əlaqədar mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutan sistem formalaşdırılacaq.

Onun sözlərinə görə, ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılacaq. Bu sistemin işə salınması üçün ƏƏSMN beş ay müddətində vətəndaşlara fərdi kommunikasiya vasitələrindən, yəni kompüterlərdən, mobil telefonlardan və s., habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə ünvanlı dövlət sosial yardımı ilə bağlı  elektron formada müraciət etmək imkanı yaradacaq. Zəruri texniki imkanlara, xüsusi proqram təminatına malik həmin infoköşklər bütün rayon və şəhərlərin poçt şöbələrində quraşdırılacaq və onlar “Elektron hökumət” portalına qoşulacaq. Vətəndaşlar yerli poçt şöbələri tərəfindən pulsuz olaraq onlara verilən və yalnız bu elektron xidmət növü üçün istifadə oluna bilən elektron imzalar vasitəsilə infoköşklərdən ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edə biləcəklər”.

S.Müslümov bildirib ki, vətəndaşların infoköşklərdən etdikləri elektron müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək.

Nazir əlavə edib ki, vətəndaşların ünvanlı dövlət sosial yardımı üçün elektron qaydada müraciətləri qəbul olunduqdan sonra rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) onlara verilən tapşırıq əsasında həmin insanların ailələrinin maddi-məişət şəraitinin müayinəsini aparacaqlar: “ƏSMM-lər qısa müddətdə ünvanlı dövlət sosial yardımın təyinatı məqsədləri üçün ailələrin maddi-məişət şəraitinin müayinəsinin müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə aparacaqlar və nəticələrin real vaxt rejimində VEMTAS-a ötürülməsini təmin edəcəklər. Bütün əldə olunan məlumatlar ümumiləşdirildikdən sonra müraciət edən ailəyə yardım təyin olunub-olunmaması barədə qərar qəbul olunacaq. Vətəndaşa ailəsinə ünvanlı dövlət sosial yardım təyin olunub-olunmaması barədə məlumat yenə də elektron qaydada veriləcək. Yəni bu məlumat fərdi kommunikasiya vasitələri (kompüter, mobil telefon və s.) olduğu halda onun elektron ünvanına ismarıc formasında çatdırılacaq. 

Əks halda isə vətəndaş yenə də infoköşklərdə bu məlumatla tanış ola biləcək”.

Xəbərlər.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılması prosesi yekunlaşıb

07-07-2015

Ünvanlı sosial yardım almaq istəyənlər İnternet vasitəsilə müraciət edə biləcək

07-07-2015

Ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciət sistemi yaradlır

24-02-2015

Ünvanlı dövlət sosial yardım sistemi təkmilləşdirilir

26-08-2015

Vətəndaşlar Vahid Elektron Müraciət Sistemindən rahat şəkildə istifadə edir

19-06-2015

Ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçilir

30-04-2015

Ünvanlı sosial yardım üzrə elektron sistem təqdim edilib

22-02-2016

Ünvanlı sosial yardım üçün e-müraciətlə bağlı treninqlər başlayıb

24-02-2016

Ölkədə 11 min ailə ünvanlı sosial yardımı internetlə alıb

06-07-2016

Nazirliyin portala qoşulmalı olan informasiya ehtiyatlarına əlavələr edilir

13-11-2015

Ünvanlı sosial yardım almaq istəyənlər onlayn müraciət edəcək

17-12-2015

Səlim Müslümov: “Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması davam etdirilir”

28-05-2015

Ünvanlı sosial yardımın təyinatı sadələşdirilir

09-01-2016

Ünvanlı sosial yardım alanlar üçün elektron imzalar ödənişsiz olacaq

11-02-2015

Sosial yardım üçün müraciət zamanı torpağa mülkiyyət hüququna dair çıxarış tələb edilməyəcək

29-01-2019

Ünvanlı dövlət sosial yardımı sistemi avtomatlaşdırılıb

22-10-2015

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015

Ötən iki ayda DSMF-nin fəaliyyəti üzrə 26 mindən çox elektron arayış alınıb

06-03-2025

Son üç ayda DSMF-dən 34 minə yaxın elektron arayış alınıb

04-04-2025

Bu il ƏƏSMN 304 minədək e-arayış verib

19-07-2025

DSMF: On bir ayda 93 mindən çox elektron arayış alınıb

04-12-2024

DSMF: On ayda 82 min 513 elektron arayış alınıb

16-11-2024

Portalda ən çox müraciət olunan sahələr açıqlanıb

06-03-2017

Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib

25-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə