Previous Next
Bağla

Səlim Müslümov: “Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması davam etdirilir”

28-05-2015 13:39
Səlim Müslümov: “Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması davam etdirilir”

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılması istiqamətində aparılan işlərin müzakirəsi məqsədilə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) iclas keçirilib.
 
Xeberler.az-ın məlumatına əsasən, iclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlət başçısının 23 fevral 2015-ci il tarixli Fərmanının icrası istiqamətində nazirlik tərəfindən müvafiq Tədbirlər Planı əsasında və yaradılmış İşçi qrup tərəfindən məqsədyönlü işlərin davam etdirildiyini vurğulayıb:
 
“Tədbirlər Planında nəzərdə tutulmuş istiqamətlər üzrə işlər mərhələli şəkildə və nəzərdə tutulmuş müddətlər ərzində, vaxtlı-vaxtında, heç bir gecikmə olmadan yerinə yetirilir. Plana uyğun olaraq, görülmüş işlər nəticəsində ünvanlı dövlət sosial yardımının alınması üçün elektron formada müraciət (ərizə) forması, e-müraciətə baxılması üçün aidiyyəti qurumların informasiya resurslarından əldə ediləcək arayış və məlumatların siyahısı və s. artıq hazırdır”.
 
S.Müslümov növbəti mərhələdə ÜDSY sisteminin avtomatlaşdırılması üçün lazımi texniki infrastrukturun ən vacib komponentləri olan proqram təminatları üzrə funksional tələblərin də hazırlandığını bildirib:
 
“Belə ki, vətəndaşlara ÜDSY-nin alınması üçün elektron formada müraciət etmək imkanı yaradılması üçün “Elektron hökumət” portalında müvafiq proqram təminatı üzrə funksional tələblər hazırlanıb. Həmçinin ƏƏSMN-in və nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin aparatının analitik təhlillər aparması, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərində işçilərin avtomatlaşdırılmış iş yerinin qurulması məqsədilə hazırlanacaq proqram təminatları üzrə də funksional tələblər müəyyən edilib”.
 
Nazir əlavə edib ki, ünvanlı yardımın alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsi və müayinənin nəticələrinin real vaxt rejimində Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) ötürülməsi, müraciətlərdəki məlumatların, müayinənin nəticələrinin və aidiyyəti qurumlardan elektron formada əldə edilən məlumatların təhlil olunması üçün də proqram təminatı yaradılacaq: “Bütün bu proqram təminatları üzrə funksional tələblərin hazırlanması da təmin olunub. Bu funksional tələblər müzakirə şəraitində daha da təkmilləşdirilir. Nazirliyin Kollegiyasında təsdiqləndikdən sonra bu proqram təminatlarının hazırlanması işlərinə başlanacaq. Aparılan işlər onu deməyə əsas verir ki, biz cənab Prezidentin ÜDSY sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılması ilə bağlı Fərmanında üzərimizə düşən vəzifələrin icrasını vaxtlı-vaxtında və keyfiyyətlə təmin edəcəyik. Bununla da innovativ texnologiyaların tətbiqi yolu ilə aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardım sistemi üzrə sürətli, rahat və şəffaf xidmətlərə çıxışının təmin edilməsi üçün şərait yaranacaq”.
 
İclasda qeyd edilən istiqamətdə görülən işlər ətraflı müzakirə olunub. S.Müslümov ÜDSY sisteminin avtomatlaşdırılması zamanı yeni elektron sistemin vətəndaşların rahat, heç bir çətinlik çəkmədən istifadə etmələri üçün münasib və onlar üçün daim əlçatan olması barədə tapşırıqlar verib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılması prosesi yekunlaşıb

07-07-2015

Ünvanlı sosial yardım almaq istəyənlər İnternet vasitəsilə müraciət edə biləcək

07-07-2015

Vətəndaşlar Vahid Elektron Müraciət Sistemindən rahat şəkildə istifadə edir

19-06-2015

Sosial yardım üçün müraciət zamanı torpağa mülkiyyət hüququna dair çıxarış tələb edilməyəcək

29-01-2019

Ünvanlı dövlət sosial yardım sistemi təkmilləşdirilir

26-08-2015

Sosial yardım alanlar elektron müraciət edə biləcəklər

24-02-2015

Ünvanlı dövlət sosial yardımı sistemi avtomatlaşdırılıb

22-10-2015

Ünvanlı sosial yardım üzrə elektron sistem təqdim edilib

22-02-2016

Ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciət sistemi yaradlır

24-02-2015

Ünvanlı sosial yardım üçün e-müraciətlə bağlı treninqlər başlayıb

24-02-2016

Nazirliyin portala qoşulmalı olan informasiya ehtiyatlarına əlavələr edilir

13-11-2015

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015

Ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçilir

30-04-2015

Ünvanlı sosial yardım almaq istəyənlər onlayn müraciət edəcək

17-12-2015

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi elektron formada aparılacaq

15-09-2015

Ölkədə 11 min ailə ünvanlı sosial yardımı internetlə alıb

06-07-2016

Ünvanlı sosial yardımın təyinatı sadələşdirilir

09-01-2016

Nazirlik 30-a qədər elektron xidmət göstərir

15-02-2017

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

“Kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılıb”- Müsahibə

02-03-2016

Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

05-07-2017

Dövlət sosial xidmətləri üzrə e-sosial internet portalı iki ay ərzində hazır olacaq

14-09-2018

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin proqram təminatı artıq hazırdır

14-03-2014

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb

12-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə