Previous Next
Bağla

Ünvanlı sosial yardım almaq istəyənlər İnternet vasitəsilə müraciət edə biləcək

07-07-2015 22:23
Ünvanlı sosial yardım almaq istəyənlər İnternet vasitəsilə müraciət edə biləcək

Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması üçün texniki infrastrukturun hazırlanması işləri artıq yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün  müvafiq texniki infrastrukturun hazırlanması işləri artıq yekunlaşdırılıb.

Vətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımının alınması üçün elektron formada müraciət (ərizə) göndərilməsi üçün proqram təminatı hazırlanaraq ilkin testləşdirmə işlərinə başlanılıb. Testləşdirmə prosesində proqram təminatından vətəndaşların asan və rahat şəkildə istifadəsinin təmin edilməsi məqsədilə onun funksional imkanları diqqətlə yoxlanılır və aşkarlanan hər hansı problem aradan qaldırılır. Bu işlər başa çatdıqdan sonra həmin proqram təminatının pilot rejimdə istifadəyə verilməsi planlaşdırılır.

Proqram təminatı istifadəyə  verildikdən sonra hər hansı vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün internet vasitəsilə elektron qaydada müraciət edə biləcək. Müraciət qəbul edildikdən sonra proqram təminatı tərəfindən təyin olunmuş qrafik əsasında müraciətin edildiyi ailənin maddi-məişət şəraitinin müayinəsini aparacaq. Ailənin maddi-məişət şəraitinin müayinəsi təyin olunmuş müddət ərzində və müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçiriləcək. Müayinənin nəticələri real vaxt rejimində VEMTAS-a ötürüləcək.

Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün edilən müraciətə baxılması üçün müvafiq məlumatların “Elektron Hökumət” portalı üzərindən aidiyyəti dövlət qurumlarının informasiya resurslarından real vaxt rejimində əldə edilməsi təmin olunacaq. Əldə olunan bütün məlumatlar ümumiləşdirildikdən və təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul ediləcək.

Vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat onun elektron ünvanına, yaxud mesaj formasında mobil telefon nömrəsinə göndəriləcək. Ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunduğu halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka sifarişin göndərilməsi avtomatik şəraitdə həyata keçiriləcək.  Bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına  və yaxud mesaj formasında mobil telefonuna göndəriləcəkdir. 

Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması innovativ texnologiyaların tətbiqi yolu ilə aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaradacaq.

 

Mirvari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılması prosesi yekunlaşıb

Ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılması prosesi yekunlaşıb

07-07-2015
Ünvanlı dövlət sosial yardım sistemi təkmilləşdirilir

Ünvanlı dövlət sosial yardım sistemi təkmilləşdirilir

26-08-2015
Sosial yardım alanlar elektron müraciət edə biləcəklər

Sosial yardım alanlar elektron müraciət edə biləcəklər

24-02-2015
Ünvanlı sosial yardımın təyinatı sadələşdirilir

Ünvanlı sosial yardımın təyinatı sadələşdirilir

09-01-2016
Ünvanlı sosial yardım üzrə elektron sistem təqdim edilib

Ünvanlı sosial yardım üzrə elektron sistem təqdim edilib

22-02-2016
Səlim Müslümov: “Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması davam etdirilir”

Səlim Müslümov: “Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması davam etdirilir”

28-05-2015
Vətəndaşlar Vahid Elektron Müraciət Sistemindən rahat şəkildə istifadə edir

Vətəndaşlar Vahid Elektron Müraciət Sistemindən rahat şəkildə istifadə edir

19-06-2015
Ölkədə 11 min ailə ünvanlı sosial yardımı internetlə alıb

Ölkədə 11 min ailə ünvanlı sosial yardımı internetlə alıb

06-07-2016
Ünvanlı sosial yardım üçün e-müraciətlə bağlı treninqlər başlayıb

Ünvanlı sosial yardım üçün e-müraciətlə bağlı treninqlər başlayıb

24-02-2016
Nazirliyin portala qoşulmalı olan informasiya ehtiyatlarına əlavələr edilir

Nazirliyin portala qoşulmalı olan informasiya ehtiyatlarına əlavələr edilir

13-11-2015
Ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciət sistemi yaradlır

Ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciət sistemi yaradlır

24-02-2015
Ünvanlı sosial yardım almaq istəyənlər onlayn müraciət edəcək

Ünvanlı sosial yardım almaq istəyənlər onlayn müraciət edəcək

17-12-2015
Ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçilir

Ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçilir

30-04-2015
Sosial yardım üçün müraciət zamanı torpağa mülkiyyət hüququna dair çıxarış tələb edilməyəcək

Sosial yardım üçün müraciət zamanı torpağa mülkiyyət hüququna dair çıxarış tələb edilməyəcək

29-01-2019
Ünvanlı dövlət sosial yardımı sistemi avtomatlaşdırılıb

Ünvanlı dövlət sosial yardımı sistemi avtomatlaşdırılıb

22-10-2015
DSMF 5 ayda 86 minə yaxın elektron arayış verib

DSMF 5 ayda 86 minə yaxın elektron arayış verib

05-06-2026
Ünvanlı yardım üçün müraciət proseduru daha da təkmilləşdirilib

Ünvanlı yardım üçün müraciət proseduru daha da təkmilləşdirilib

03-06-2024
Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015
“Kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılıb”- Müsahibə

“Kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılıb”- Müsahibə

02-03-2016
Son üç ayda DSMF-dən 34 minə yaxın elektron arayış alınıb

Son üç ayda DSMF-dən 34 minə yaxın elektron arayış alınıb

04-04-2025
Media nümayəndələri üçün növbəti “Sosial jurnalistika” təlimi keçirilib

Media nümayəndələri üçün növbəti “Sosial jurnalistika” təlimi keçirilib

15-03-2025
Ötən iki ayda DSMF-nin fəaliyyəti üzrə 26 mindən çox elektron arayış alınıb

Ötən iki ayda DSMF-nin fəaliyyəti üzrə 26 mindən çox elektron arayış alınıb

06-03-2025
DSMF: On bir ayda 93 mindən çox elektron arayış alınıb

DSMF: On bir ayda 93 mindən çox elektron arayış alınıb

04-12-2024
DSMF: On ayda 82 min 513 elektron arayış alınıb

DSMF: On ayda 82 min 513 elektron arayış alınıb

16-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə