Previous Next
Bağla
REKLAM YERİ

Ölkədə 11 min ailə ünvanlı sosial yardımı internetlə alıb

06-07-2016 10:09
Ölkədə 11 min ailə ünvanlı sosial yardımı internetlə alıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ünvanlı sosial yardımların təyinatı prosesində məmur müdaxiləsi mümkün olmadan, bu prosesin bütünlüklə elektron qaydada, tam şəffaf və obyektiv əsaslarla aparılmasına şərait yaradıb.

Belə ki, cari ilin 15 fevral tarixindən tətbiqinə başlanılan bu sistem tərəfindən ötən dövrdə 43779 nəfər ailə üzvünü əhatə edən 11050 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyinatı aparılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a bildiriblər ki, ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar və s. internet bağlantısı olan avadanlıqlar vasitəsilə “Elektron hökumət” və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytındakı “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə müraciət edirlər.

Müraciət qeydiyyata alındıqdan sonra ailələri təmsil edən şəxsin, yəni təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrindən birinə VEMTAS tərəfindən bu barədə məlumat göndərilir. Həmin tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün hesab edilir.

Təmsilçi müraciət edərkən “Ərizə-bəyannamə”də ailə üzvləri, gəlirləri və əmlakı barədə daxil etdiyi məlumatlar avtomatlaşdırılmış qaydada 20-dən çox dövlət orqanının və təşkilatın informasiya ehtiyatlarına inteqrasiya şəraitində rəsmi məlumatlar əsasında yoxlanılır.

Ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətlərə baxılmasının nəticəsi barədə də vətəndaşlara elektron şəkildə məlumat verilir.

VEMTAS tərəfindən ünvanlı sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan alınacağı barədə vətəndaşa “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir.

Həmçinin yardım təyin olunmasından imtina edildiyi barədə qərar çıxarıldığı halda əks əlaqə vasitələrinin birinə məlumat göndərilərək, imtinanın səbəbləri vətəndaşın diqqətinə çatdırılır.

Bununla yanaşı, ünvanlı sosial yardımın təyin olunması və ya imtina edilməsi barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemindən sadəcə telefon vasitəsilə, yəni nazirliyin 142-Çağrı mərkəzi-nə zəng etməklə də öyrənmək mümkündür.Belə ki, ünvanlı sosial yardım üçün müraciət etmiş şəxs 142-Çağrı mərkəzi-nə zəng edərək 0 düyməsini, bundan sonra 2 düyməsini yığaraq, şəxsiyyət vəsiqəsinin nömrəsini və sosial yardımın alınması üçün ailəni təmsil etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsinin sonuncu 4 rəqəmini daxil edir. Bundan sonra həmin şəxsə sosial yardım üçün etdiyi müraciətinə baxılmasının nəticəsi barədə məlumat verilir.

Ümumilikdə hazırda respublika üzrə 532 373 nəfər ailə üzvünü əhatə edən 124 320 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Sosial yardımların hər ailəyə düşən orta aylıq məbləği 151 manat təşkil edir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ünvanlı sosial yardım üzrə elektron sistem təqdim edilib

22-02-2016

Ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılması prosesi yekunlaşıb

07-07-2015

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciət sayı açıqlanıb

01-06-2017

Ünvanlı sosial yardım üçün e-müraciətlə bağlı treninqlər başlayıb

24-02-2016

Ünvanlı sosial yardım almaq istəyənlər İnternet vasitəsilə müraciət edə biləcək

07-07-2015

Vətəndaşlar Vahid Elektron Müraciət Sistemindən rahat şəkildə istifadə edir

19-06-2015

Nazirliyin portala qoşulmalı olan informasiya ehtiyatlarına əlavələr edilir

13-11-2015

Sosial yardım alanlar elektron müraciət edə biləcəklər

24-02-2015

Ünvanlı dövlət sosial yardım sistemi təkmilləşdirilir

26-08-2015

Ünvanlı sosial yardım almaq istəyənlər onlayn müraciət edəcək

17-12-2015

Ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciət sistemi yaradlır

24-02-2015

Sosial yardım üçün müraciət zamanı torpağa mülkiyyət hüququna dair çıxarış tələb edilməyəcək

29-01-2019

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciətlərin sayı azalıb

04-10-2016

Ünvanlı sosial yardımın təyinatı sadələşdirilir

09-01-2016

Ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçilir

30-04-2015

Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

20-09-2017

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015

Ünvanlı yardım üçün müraciət proseduru daha da təkmilləşdirilib

03-06-2024

Nazirliyin Çağrı mərkəzi 14 mindən çox müraciət cavablandırıb

07-05-2018

Media nümayəndələri üçün növbəti “Sosial jurnalistika” təlimi keçirilib

15-03-2025

Ünvanlı dövlət sosial yardımı sistemi avtomatlaşdırılıb

22-10-2015

“Kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılıb”- Müsahibə

02-03-2016

Səlim Müslümov: “Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması davam etdirilir”

28-05-2015

Ünvanlı sosial yardım alanlar üçün elektron imzalar ödənişsiz olacaq

11-02-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə