Previous Next
Bağla

Ünvanlı sosial yardım almaq istəyənlər onlayn müraciət edəcək

17-12-2015 12:29
Ünvanlı sosial yardım almaq istəyənlər onlayn müraciət edəcək

Dünən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçidlə bağlı toplantı keçirilib.

MHM-dən Xeberler.az-a verilən məlumata görə, toplantıda "Elektron Hökumət" portalının, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN), Azercell Telekom MMC-nin, Azerfon MMC-nin və Bakcell MMC-nin səlahiyyətli nümayəndələri iştirak edib.

Xatırladaq ki, fevralın 23-də  Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında ünvanlı dövlət sosial yardımı mexanizminin təkmilləşdirilməsinə başlanılıb. Vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsinə və bu sahədə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil olunmasına xidmət edəcək proses aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirilməsi üçün nəzərdə tutulub.

Ünvanlı dövlət sosial yardımın təyinatı prosesinin VEMTAS (Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi) üzərindən təşkili 20-dən artıq dövlət və özəl qurumun birgə fəaliyyəti əsasında reallaşdırılır. Bu baxımdan, sosial yardım üçün müraciət edən şəxsin ailə-məişət şəraiti barədə dəqiq və ətraflı məlumatların təmin edilməsi, şəffaf və düzgün qiymətləndirmənin aparılması üçün onun ödəniş qabiliyyətinin dəyərləndirilməsi vacib məsələlərdəndir.

Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən şəxsin FİN-i və notarial qaydada təsdiq edilmiş ərizə nömrəsi ƏƏSMN tərəfindən "Elektron Hökumət” portalına ötürüləcək. Portal tərəfindən həmin şəxsin ailə üzvlərinin FİN-ləri və hər birinin adına olan mobil telefon nömrələri müəyyən edilərək (daşınmış nömrələr nəzərə alınmaqla) servis vasitəsilə aidiyyatı mobil operatorlara ötürüləcək. Mobil operatorlar məlumatları yoxladıqdan sonra hər bir mobil nömrə üzrə son 1 il ərzində aparılmış ödənişlər barədə məlumatlar müvafiq servislər vasitəsilə portal üzərindən ƏƏSMN-ə qaytarılacaq. Bütün proseslər onlayn rejimdə avtomatik olaraq baş tutacaq və beləliklə, müraciətçinin ödəmə qabiliyyəti müəyyən olunacaq.

Bütün əldə olunan məlumatlar ümumiləşdirildikdən sonra müraciət edən ailəyə yardımın təyin olunub-olunmaması barədə qərar qəbul olunacaq. Vətəndaşa və ailəsinə bu barədə məlumat yenə də elektron qaydada veriləcək.

Müzakirələr zamanı ƏƏSMN, portalın operatoru və mobil operatorlar tərəfindən müvafiq servislərin vaxtında hazırlanıb başa çatdırılması və prosesin   növbəti ilin yanvarın 1-dən  test mühitində tətbiq olunması və fevralın 1-dən  etibarən  tam şəkildə istismara veriləcəyi qərara alınıb.

Qeyd edək ki, VEMTAS çərçivəsində bu gün bir sıra qurumlar arasında informasiya mübadiləsi aparılır. Bu proses keyfiyyətli və şəffaf elektron xidmət təminatı üçün bütün qurumların birgə fəaliyyətinin vacibliyini bir daha önə çıxardı.

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ünvanlı sosial yardımın təyinatı sadələşdirilir

09-01-2016

Ünvanlı dövlət sosial yardım sistemi təkmilləşdirilir

26-08-2015

Ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılması prosesi yekunlaşıb

07-07-2015

Ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçilir

30-04-2015

Ünvanlı sosial yardım almaq istəyənlər İnternet vasitəsilə müraciət edə biləcək

07-07-2015

Sosial yardım alanlar elektron müraciət edə biləcəklər

24-02-2015

Ölkədə 11 min ailə ünvanlı sosial yardımı internetlə alıb

06-07-2016

Ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciət sistemi yaradlır

24-02-2015

Ünvanlı sosial yardım üzrə elektron sistem təqdim edilib

22-02-2016

Vətəndaşlar Vahid Elektron Müraciət Sistemindən rahat şəkildə istifadə edir

19-06-2015

Ünvanlı sosial yardım üçün e-müraciətlə bağlı treninqlər başlayıb

24-02-2016

Nazirliyin portala qoşulmalı olan informasiya ehtiyatlarına əlavələr edilir

13-11-2015

Səlim Müslümov: “Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması davam etdirilir”

28-05-2015

Portalda ən çox müraciət olunan sahələr açıqlanıb

06-03-2017

Sosial yardım üçün müraciət zamanı torpağa mülkiyyət hüququna dair çıxarış tələb edilməyəcək

29-01-2019

Nömrələrin satış qaydalarında mühüm dəyişiklik edilib

21-10-2015

Ünvanlı yardım üçün müraciət proseduru daha da təkmilləşdirilib

03-06-2024

Nazirlik 30-a qədər elektron xidmət göstərir

15-02-2017

Ünvanlı sosial yardım alanlar üçün elektron imzalar ödənişsiz olacaq

11-02-2015

Mobil nömrələrin satışı portal üzərindən aparılacaq

11-12-2015

Ünvanlı dövlət sosial yardımı sistemi avtomatlaşdırılıb

22-10-2015

Mobil nömrələrin satışı və aktivləşdirilməsi qaydaları dəyişdirilir

13-08-2015

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015

Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

20-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə