Uşaqlar üçün elektrik avtomobili satışa çıxarılıb

09-02-2017 / 17:02

Britaniyanın əldə yığılma idman avtomobillərinin istehsalıyla məşğul olan Morgan şirkəti uşaqlar üçün bir nəfərlik ekoloji və müasir nəqliyyat vasitəsi olan EV3 Junior retro elektrik avtomobilini satışa çıxarıb.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, 30-40-cı illərin yarış bolidini xatırladan, üç təkər üzərində hərəkət edən avtomobil tutumlu batareya ilə təchiz edilib.

Korpusu karbon lifindən istehsal edilən bu elektromobilin salonu  xromlaşdırılmış detallar və təbii ağacdan olan laydan hazırlanıb.

Hər bir müştəri üçün fərdi hazırlanan sürücü oturacağında təbii dəridən istifadə edilib. Avtomobilin sürəti saatda 16 kilometrə bərabərdir.

Sifarişlə hazırlanmış və 8-10 yaş arası uşaqlar üçün nəzərdə tutulan avtomobilin satış dəyəri 10 000 dollar təşkil edir. Maşını istehsalçının saytından sifariş etmək mümkündür.

Qeyd edək ki, daha əvvəl uşaq oyuncaqlarının məşhur istehsalçısı Radio Flyer şirkəti lisenziya ilə Tesla-nın uşaq avtomobillərini istehsal etmişdi.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə