Previous Next
Bağla

Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

05-06-2024 10:45
Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

 Radioelektron vasitələrin qeydiyyatının aparılmasında məqsəd qanunvericiliyin tələblərinə müvafiq olaraq icazəli fəaliyyət göstərən radioelektron vasitələrin istifadəsində radiomaneə hallarının qarşısının alınması, həmçinin radiotezlik spektrindən səmərəli, düzgün və şəffaf istifadənin təmin edilməsidir.

 Radiotezliklərdən və radioelektron vasitələrdən icazəsiz istifadə halları həm inzibati xətalar, həm də digər radiotezlik istifadəçilərinə, habelə ölkəmizdə keçirilən dövlət əhəmiyyətli tədbirlərin (COP29 və s.) və irimiqyaslı idman yarışlarının (beynəlxalq idman yarışları) işıqlandırılması və təşkili üçün ayrılmış tezliklərdən istifadəyə radiomaneələr yaradır. Bu cür halların yaşanmaması üçün radiotezliklərdən və radioelektron vasitələrdən istifadə etmədən əvvəl bu vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməlidir.

 Qanunvericiliyə əsasən, radioelektron vasitələrin ölkəyə idxalına müvafiq icazə alınmalıdır. Radioelektron vasitələrə müvafiq icazələrin alınması ilə bağlı https://e-permission.icta.az/ informasiya sistemi vasitəsilə müraciət göndərə bilərsiniz.

Radiotezliklərdən istifadəyə görə Radiotezliklər üzrə Dövlət Komissiyasına, radiotezliklərin istifadəçilərə təyini, radioelektron vasitələrin qeydiyyata alınması və istifadəsinə icazə vərəqələrinin verilməsi üçün isə Dövlət Radiotezliklər İdarəsinə (DRİ) müraciət olunmalıdır. Radioelektron vasitələrin qeydiyyatı və istismarına icazə vərəqəsinin alınması zamanı elektron və ya kağız daşıyıcıda radioelektron vasitələrin təsdiqlənmiş anketi, uyğunluq sertifikatı və xüsusi icazə sənədləri tələb olunur. Tələb olunan sənədlər əsasında müraciət edildikdən sonra DRİ ilə istifadəçi arasında müqavilə imzalanır. Daha sonra isə DRİ tərəfindən radioelektron vasitələr qeydiyyata alınır və onların istifadəsinə icazə vərəqəsi təqdim edilir. Qeyd edək ki, PMR446 radiostansiyaları üçün xüsusi icazə tələb olunmur. İstifadəçilər yalnız qeyd olunan müvafiq prosedurlar tamamlandıqdan sonra radioelektron vasitələrdən istifadə edə bilərlər.

 “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (maddə: 13.3-1. və 13.3-2.) əsasən, “Radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismar edilməsi, eyni zamanda radiomüşahidə aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsi və idxalı qadağandır.  Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 362.3, 363.2 və 363.3-cü maddələrində inzibati xətanın törədilməsi hallarından asılı olaraq müvafiq inzibati cəza tədbirləri nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Radioelektron vasitələrin quraşdırılması və istismarı qaydası dəyişib

31-07-2023

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi yeni hallar müəyyənləşib

04-02-2023

Telefonların IMEI nömrəsinin dəyişdirilməsi ilə bağlı qadağalar təsdiqləndi

27-12-2022

Ölkə ərazisində radiotezlik resursları 10 il müddətinə ayrılacaq

10-02-2023

Qeydiyyatdan keçməyən radioelektron vasitələr aşkarlanıb

02-07-2015

Qeydiyyatdan keçməyən radioelektron vasitələrin statistikası açıqlanıb

05-11-2015

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

13-03-2024

Radiotezliklər üzrə Dövlət Komissiyasının vəzifə və hüquqları məlum olub

18-12-2021

Radioelektron vasitələrindən qanunsuz istifadənin qarşısı alınıb

01-09-2015

Bu il 5 minədək radiotezlik vasitəsi qeydiyyata alınıb

08-09-2015

Radiotezlik istifadəçiləri və radioelektron vasitələrin statistikası açıqlanıb

05-05-2015

Nazirlikdə daha bir təyinat

07-05-2018

Qeydiyyatsız 43 ədəd radioelektron vasitə aşkarlanıb

02-04-2015

254 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb

02-10-2015

Dövlət qeydiyyatından keçməyən 91 radioelektron vasitə aşkarlanıb

29-05-2015

“Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib

11-07-2025

Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiya veriləcək

28-12-2023

Vahid Elektron Xidmətlər Portalında yenilik

21-10-2022

Qeydiyyata alınan radiotezlik istifadəçilərinin sayı açıqlanıb

04-12-2015

Radiotezlik istifadəçiləri haqda statistika açıqlanıb

02-10-2015

COP29-da iştirak edəcək yerli media qurumlarının radioelektron vasitələrinin testinə başlanıb

07-11-2024

91 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb

04-05-2015

Tezliklərdən istifadə və radiomonitorinq tədbirləri həyata keçirilir

15-11-2024

Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür

19-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə