Previous Next
Bağla

Vəfat etdikdən sonra donor ola bilmək üçün my.gov.az-da müvafiq formanı doldurmaq mümkün olacaq

10-12-2024 13:05
Vəfat etdikdən sonra donor ola bilmək üçün my.gov.az-da müvafiq formanı doldurmaq mümkün olacaq

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da donorlara ehtiyac var. İnsanlar Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq formanı dolduraraq vəfat etdikdən sonra donor ola bilər. Tezliklə my.gov.az-da həmin sənədi doldurub, donor olmaq mümkün olacaq”.

Xeberler.az məlumat verir ki, bu barədə “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfransda jurnalistlərə müsahibəsində Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.

O qeyd edib ki, orqan transplantasiyasına həsr olunan tədbirlərin keçirilməsi bu sahədə insanların maariflənməsi baxımından olduqca əhəmiyyətlidir: “Transplantasiyanın inkişafında bu kimi tədbirlərin keçirilməsinin böyük rolu var.

Çünki insanların orqan donorluğu ilə bağlı fikirlər formalaşmalıdır. Qeyd edim ki, mən də orqan donorları reyestrinə düşmüşəm. Düşünürəm ki, ölümündən sonra da insanlar xeyirxahlıq edib, başqalarına həyat bəxş edə bilər. Burada əsas məsələ insanların sağlığında ölümdən sonra donor olmaq istəyidir”.

Y.Abbasova orqan donorluğu ilə bağlı aparılan maarifləndirmə işlərindən də danışıb: “Xəstəxanalarda beyin ölümü baş verən xəstələrin yaxınları ilə görüşürük. Ümid edirəm ki, insanlar orqan donorluğunun əhəmiyyətini anlayacaqlar və bu istiqamətdə addım atacaqlar. Əsas məsələ orqan transplantasiyalarının hüquqi bazasının olmasıdır. Artıq hüquqi baza tam hazırdır. Bütün əməliyyatlar sənədləşmə prosesi düzgün qaydada aparıldıqdan sonra həyata keçirilə bilər. Donorluğa nəzarət etmək üçün Səhiyyə Nazirliyinin tərkibində Etika Komissiyası yaradılıb”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

İnsan sümükləri və əzələlərinin çapı üçün 3D printer

18-02-2016

Azərbaycanda rabitə müəssisələrinin özəlləşdirilməsinə hazırlıq gedir

22-01-2011

3D bioprinter vasitəsilə işlək daxili orqan çap edilib

10-02-2016

Nazirlər Kabineti “Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə”ni təsdiq edib.

01-06-2015

Teleradio yayımçılarına lisenziyaları hansı orqan verə bilər?

09-09-2016

SAMF bələdiyyələrin fəaliyyətinə həsr olunan KİV-in monitorinqini aparıb

08-12-2009

Azərbaycanda sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsinə dair layihə I oxunuşda təsdiqlənib

12-05-2023

Avropa İttifaqı internet şirkətləri üzərində nəzarəti gücləndirir

25-04-2015

Azərbaycanda aviasiya sahəsində sertifikatın qüvvəsi maksimum 90 gün müddətinə dayandırılacaq

18-10-2023

Ailə TV talassemiyalı uşaqlara dəstək oldu

13-12-2014

Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması qaydası təkmilləşdirilir

12-05-2023

Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir

29-01-2026

Diqqətdən kənar media-internet media

27-07-2010

Azərbaycanda kosmik obyektlərin dövlət qeydiyyatının necə həyata keçiriləcəyi açıqlanıb

11-05-2023

“Sosial şəbəkələrdə paylaşımlarda diqqətli olmaq lazımdır”

10-08-2015

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi yeni hallar müəyyənləşib

04-02-2023

Nazirlərin və icra başçılarının qəbulları ləğv edilib

17-03-2020

Media subyektlərinin Reyestrdən çıxarılması halları müəyyənləşib

01-08-2025

Azərbaycanda aviasiya sahəsində məlumatların vahid sistemi yaradılacaq

18-10-2023

e-rüsum informasiya sistemi yaradılacaq

29-12-2024

Əli Abbasov : “İnternetin hüquqi bazasının inkişafına böyük ehtiyac var”

06-05-2013

"e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq

03-02-2025

Sərbəst Satış Sertifikatının verilməsinə başlandı-Tələblər

19-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə