Previous Next
Bağla

Azərbaycanda kosmik obyektlərin dövlət qeydiyyatının necə həyata keçiriləcəyi açıqlanıb

11-05-2023 11:54
Azərbaycanda kosmik obyektlərin dövlət qeydiyyatının necə həyata keçiriləcəyi açıqlanıb

Azərbaycanda kosmik fəaliyyət subyektlərinin kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada Reyestrdə qeydiyyata alınacaq.

Bu, Prezident İlham Əliyevin adından Milli Məclisə təqdim olunmuş, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan "Kosmik fəaliyyət haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bundan başqa, kosmik fəzada olan kosmik obyektin bu Qanunun tələblərinə əməl etməklə özgəninkiləşdirilməsinə, dövlət mülkiyyətində olan kosmik obyektlərin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna uyğun olaraq özəlləşdirilməsinə, istismara yararsız hala düşmüş və məhv olmaya qarşı tam sığortalanmış kosmik obyektlər üzərində mülkiyyət hüququnun sığorta müqaviləsində nəzərdə tutulduğu halda sığorta ödənişi müqabilində sığortaçılara keçməsinə yol verilir.

Ölkə ərazisində aşkar edilmiş kosmik obyekt üzərində mülkiyyət hüququ Müqaviləyə və mülki qanunvericiliyə uyğun müəyyən edilir.

Reyestrdə qeydiyyata alınmış kosmik obyektlərə, həmçinin belə kosmik obyektlərin orbitdən çıxarılmasına dair məlumatlar milli kosmik operator tərəfindən Müqavilədə nəzərdə tutulmuş qaydada BMT-yə təqdim edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kosmik obyektin III şəxslərə zərərvurma riski sığortalanacaq

11-05-2023

Azərbaycanda kosmik fəaliyyətin necə tənzimlənəcəyi məlum olub

11-05-2023

Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur

11-05-2023

Yerüstü kosmik infrastruktur üçün xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq

11-05-2023

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023

Kosmik fəaliyyət haqqında qanunvericiliyə dəyişiklik edilib

27-12-2024

Kosmik fəaliyyət haqqında qanunvericiliyi pozanlar cərimələnəcək

04-12-2024

Azərbaycanda kosmosa dair ilkin informasiyaların göstəriciləri təsdiq ediləcək

04-08-2023

Kosmik obyektlərin idarə edilməsinə nəzarət qaydası müəyyənləşib

27-12-2023

Milli Məclisə "Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsi daxil olub

11-05-2023

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq

29-09-2022

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

“Kosmik otel” fəaliyyətə başlayacaq

21-10-2010

NASA öz kosmik gəmisi ilə əlaqəni itirib

11-12-2025

Türkiyə Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək istəyir

10-08-2019

Azərbaycanda yeni peyklərin istehsalı mərkəzinin yaradılması planlaşdırılır

11-05-2023

Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması qaydası təkmilləşdirilir

12-05-2023

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi yeni hallar müəyyənləşib

04-02-2023

Tianzhou-9 kosmik gəmisi Yerə qayıdıb

07-05-2026

Azərbaycanda kosmik sənayenin yaradılması haqda Dövlət Proqramı rəsmən təsdiq olundu

19-08-2009

“Azərkosmos” sədri: Yaxın zamanlarda kosmik turistlərin də sayı artacaq

19-12-2024

"e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq

03-02-2025

Kosmik Akademiya Kosmik Agentliklərinin Forumunda iştirak edib

21-11-2025

Zəlzələni əvvəlcədən proqnozlaşdıran sistem yaradılır

30-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə