Previous Next
Bağla

Vergi ödəyiciləri üçün xidmətlərdə yeni rəqəmsal həllər hazırlanır

24-11-2022 11:25
Vergi ödəyiciləri üçün xidmətlərdə yeni rəqəmsal həllər hazırlanır

Azərbaycanda qadın sahibkarlığının inkişafı, qadın əməyinin dəyərinin yüksəldilməsi ölkənin əsas prioritet istiqamətlərindən biridir. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" adlı V forumda çıxışı zamanı deyib. Bildirib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da qadın əməyinin düzgün, layiqincə qiymətləndirilməsi əsas hədəflərdən biridir. Qadınların orta aylıq əməkhaqlarının kişilərin orta aylıq əməkhaqqına nisbətdəki mövcud faiz dərəcəsinin 2026-cı ilədək yüksəldilməsi, qadınların maliyyə əlçatanlığının artırılması hədəf olaraq müəyyən edilib. 

Xeberler.az bildirir ki, S.Musayeva qeyd edib ki, bu gün qadın sahibkarların o qədər də çox qayğı ilə əhatə olunmağa ehtiyac duyan nisbətən zəif zümrənin nümayəndələri olmaması çox sevindiricidir. Artıq sahibkar qadınlar kifayət qədər aktiv işəgötürən, başqa sözlə, işlə təmin edəndirlər. DVX-nin rəis müavini ölkəmizdəki qadın sahibkarların istehsal etdikləri məhsulları daha geniş bazarlara çıxarmaq üçün daha innovativ həllərə ehtiyac duyduqlarını da söyləyib. Bildirib ki, iqtisadiyyatın rəqəmsallaşdırılması müvafiq orqanların da öz fəaliyyətini rəqəmsallaşdırmasına ciddi zərurət yaradır. Sahibkarlara göstərdiyi xidmətlərin elektronlaşdırılması istiqamətində ciddi addımlar atan DVX tərəfindən hazırda ümumilikdə 160 xidmət göstərilir ki, bu xidmətlərdən 121-i  elektronlaşdırılıb. Bu gün ölkədə aktiv sahibkarlıq subyektlərinin 94 faizi vergi ödəmələrini könüllü əməletmə hesabına icra edir. 

S.Musayeva bildirib ki, sahibkarların təhlükəsiz şəraitdə öz vergi öhdəliklərini yerinə yetirməsi üçün tam rəqəmsal platforma mövcuddur. Xidmətin rəis müavini vergi ödəyiciləri üçün elektron kabinetin mobil tətbiqi üzərində də iş aparıldığını söyləyib. Bundan başqa, yaxın gələcəkdə e-kabinetlərin daha yeni, əlçatan forması istifadəyə veriləcək. Nəticədə sahibkarların suallarının avtomatik rejimdə, süni intellekt üzərindən cavablandırılması təmin olunacaq. S.Musayeva əlavə edib ki, biznes qeydiyyatının səmərəliliyinin artırılması üçün beynəlxalq standartlara cavab verən yeni həllərin hazırlanması üzərində işlər aparılır.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir

Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir

23-11-2022
"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025
Sahibkarların maliyyə vəsaitlərinə çıxışı üçün online platforma yaradılır

Sahibkarların maliyyə vəsaitlərinə çıxışı üçün online platforma yaradılır

21-01-2019
Azərbaycanda qadın sahibkarların sayı artmaqda davam edir

Azərbaycanda qadın sahibkarların sayı artmaqda davam edir

25-04-2023
ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

18-02-2026
Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

26-10-2017
Azərbaycanda qadın sahibkarlara 6 milyon manat kredit verilib

Azərbaycanda qadın sahibkarlara 6 milyon manat kredit verilib

23-11-2022
Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

15-02-2024
İnformasiya-rabitə sektorunda fəliyyət göstərən sahibkarların 21 faizi qadındır

İnformasiya-rabitə sektorunda fəliyyət göstərən sahibkarların 21 faizi qadındır

21-05-2025
DVX, AMB və KOBİA-nın məlumat bazaları arasında elektron mübadilə olacaq

DVX, AMB və KOBİA-nın məlumat bazaları arasında elektron mübadilə olacaq

01-08-2025
İKT sektoruna olan təşviqlər nəticəsində əməkhaqqı fondu və dövriyyə artıb

İKT sektoruna olan təşviqlər nəticəsində əməkhaqqı fondu və dövriyyə artıb

26-11-2024
"E-taxes" dövlət portalının yeni versiyası işə salınacaq

"E-taxes" dövlət portalının yeni versiyası işə salınacaq

25-02-2022
Yüksək Texnologiyalar Parkının rezidenti 1-ci yerin qalibi olub

Yüksək Texnologiyalar Parkının rezidenti 1-ci yerin qalibi olub

03-05-2023
Azərbaycanda vergi sahəsində yeni interaktiv e-xidmətlər tətbiq ediləcək

Azərbaycanda vergi sahəsində yeni interaktiv e-xidmətlər tətbiq ediləcək

11-02-2023
Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016
Azərbaycanda "E-KOB Evi" yaradılır

Azərbaycanda "E-KOB Evi" yaradılır

04-12-2024
Bakıda Vergi Forumu keçirilib

Bakıda Vergi Forumu keçirilib

15-02-2024
Dövlət satınalmalarında iştirak üçün təqdim olunan arayış elektronlaşdırılıb

Dövlət satınalmalarında iştirak üçün təqdim olunan arayış elektronlaşdırılıb

04-09-2023
Hibrid avtomobillərlə bağlı ƏDV güzəştinin müddəti artırılır

Hibrid avtomobillərlə bağlı ƏDV güzəştinin müddəti artırılır

10-11-2022
İKT-nin bütün vətəndaşlara əlçatan olması üçün ardıcıl tədbirlər keçirilir

İKT-nin bütün vətəndaşlara əlçatan olması üçün ardıcıl tədbirlər keçirilir

24-07-2025
Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2025
DGK sədri: "Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınmanı azaldıb"

DGK sədri: "Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınmanı azaldıb"

13-02-2025
Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

11-01-2019
Film istehsalçıları və kinoteatr şəbəkələri təmsilçiləri ilə görüş keçirilib   

Film istehsalçıları və kinoteatr şəbəkələri təmsilçiləri ilə görüş keçirilib  

22-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə