Previous Next
Bağla

Bakıda Vergi Forumu keçirilib

15-02-2024 16:30
Bakıda Vergi Forumu keçirilib

Fevralın 15-də “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda Vergi Forumu keçirilib.

Xeberler.az  xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyinin və Nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, xarici və yerli ekspertlər iştirak ediblər.

Tədbirdə iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov çıxış edib. Bildirib ki, ölkəmiz dünyada baş verən qlobal çağırışlara adekvat yanaşma nümayiş etdirir. Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri iqtisadi artımın dayanıqlığını təmin edir. 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7% artım dinamikasına malik olub. Azərbaycan iqtisadiyyatı 2024-cü ilə uğurlu göstəricilərlə başlayıb.

Çıxışında biznesin təşviqi ilə bağlı məsələlərə toxunan Mikayıl Cabbarov qeyd edib ki, vergi sistemi iqtisadiyyatın dövlət tənzimlənməsində mühüm alətlərə malikdir və iqtisadiyyatda müsbət dəyişikliklərin təmin edilməsində, iqtisadiyyatın “ağardılmasında” vacib rol oynayır. Milli iqtisadi inkişafı təmin etməyə və rəqabətqabiliyyətli ekosistem formalaşdırmağa yönələn hədəflər vergi siyasətinin əsas konturlarını müəyyən edir. Vergi siyasətinin təkmilləşməsində dövlət qurumları ilə yanaşı işgüzar dairələrin də rolu xüsusilə vurğulanıb. İqlim dəyişikliklərinin aktuallığı və “yaşıl iqtisadiyyatın” stimullaşdırılmasında vergi siyasətinin roluna diqqət çəkilib, bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşunun, eləcə də istehsal sektorunda və ixrac olunan məhsullarda “karbon izi”nin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsinin vacibliyi qeyd olunub.

Forumda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin səlahiyyətlərini icra edən Muxtar Babayev tədbirin əhəmiyyətini vurğulayıb, qlobal iqlim dəyişiklikləri fonunda COP29-un ev sahibi kimi Azərbaycanın bir sıra öhdəlikləri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, hazırda İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar dövlət qurumları tərəfindən müxtəlif platformalar üzərindən bu öhdəliklərin yerinə yetirilməsi istiqamətdə ciddi iş aparılır. M.Babayev iqtisadi cəhətdən dayanıqlı təmiz və sağlam mühitin ölkəmiz qarşısında duran əsas çağırışlardan biri olduğunu bildirib. Qeyd olunub ki, vergi siyasətinin biznes müəssisələrinə “yaşıl” təcrübələrin tətbiqinə, dayanıqlı enerji layihələrinə sərmayələr qoyulmasının təşviqinə və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsinə yönəlməsi zəruridir.

Tədbirdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Siyasəti və İnzibati Mərkəzinin baş vergi məsləhətçisi Endrü Auerbaxın və İOTA-nın prezidenti, Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının rəhbəri Ferens Vaquhelyinin Forum iştirakçılarına videomüraciəti səsləndirilib.

Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təqdimatla çıxış edib və vergi sistemində reallaşdırılan islahatlar, həyata keçirilən tədbirlər barədə danışıb. Təqdimatda vergi sisteminin qarşısında duran çağırışlar, vergi islahatların iqtisadi təsirləri, vergi siyasətinin hədəfləri və əsas yanaşmalar, sahibkarların ictimai birlikləri ilə əməkdaşlıq, fiskal göstəricilər sahəsində əldə olunan nəticələr, “kölgə iqtisadiyyatı” ilə mübarizə, vergi xidmətində rəqəmsallaşma, perspektiv layihələr, ortamüddətli perspektivdə vergi siyasətinin əsas istiqamətləri barədə geniş məlumat verilib.

Bildirilib ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması, dayanıqlı və inklüziv iqtisadi inkişafın və davamlı iqtisadi artımın təmin edilməsinə yönəli fəaliyyəti dəstəkləmək məqsədilə “Dövlət Vergi Xidmətinin 2024-2030-cu illər üzrə Strategiyası” hazırlanıb. Bu strategiya Dövlət Vergi Xidmətinin missiyasına, strateji baxışına uyğunlaşdırılan və mövcud dəyərlərinə söykənən 5 əsas istiqamətdən ibarətdir. Bunlara könüllü əməletmənin təşviqi, vergidən yayınma ilə effektiv mübarizə, mütərəqqi yeniliklərin tətbiqi, Xidmətin institusional inkişafı və güclü insan kapitalının formalaşdırılması, habelə digər dövlət qurumları ilə əməkdaşlığı təmin edən birgə işin qurulması daxildir. Qeyd olunub ki, strategiyanın reallaşdırılması vergi sisteminin daha ədalətli, sadə, əlçatan və müştəriyönümlü olmasına gətirəcək, cəlbedici vergi mühitinin formalaşdırılmasına xidmət edəcək. Vergi xidmətinin gələcəyə baxışı etibarlı, müasir və könüllü əməletməyə əsaslanan vergi ekosisteminin qurulmasına söykənir. Bu vergi yığımlarını təmin etməklə bərabər vergi inzibatçılığının sadələşdirilməsinə, vergi ödəyiciləri ilə qarşılıqlı etimad mühitinin formalaşmasına, könüllü əməletmənin təşviqinə yönələcək.

Qeyd olunub ki, həmçinin aparıcı dünya praktikası ilə uzlaşan yeni vergi sisteminə keçid və formalaşmış mövcud qanunvericilik təcrübəsindən çıxış edərək, Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması işlərinə başlanıb.

Sonra Forum iştirakçıları Dövlət Vergi Xidmətinin təqdim elədiyi yeni xidmətlərə dair video çarxı izləyiblər.

Forum öz işini üç sessiyada davam etdirib. Moderatoru Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva olan “Yaşıl artım: yaşıl iqtisadiyyata keçid üzrə qlobal çağırışlar və vergilərin rolu” mövzusuna həsr olunmuş birinci sessiyada İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov, E&Y şirkətinin audit üzrə partnyoru Nərgiz Kərimova və SOCAR-vitse-prezidenti Əfqan İsayev çıxış ediblər. Moderatoru “Deloitte Azerbaijan” şirkətinin idarəedici partnyoru Nuran Kərimov olan “Vətəndaş məmnunluğu: müraciətlərə baxılması sahəsində yeniliklər, müştəriyönümlülük dəyərlərinə əsaslanan yeni xidmət modellərinin yaradılması” mövzusuna həsr olunmuş ikinci sessiyada DVX-nin baş idarə rəisləri Elçin Məmmədov və Zeynalabdin Məmmədzadə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Semral Əliyev çıxış ediblər. Sessiyada DVX-nin yeni mobil tətbiqi ilə bağlı videoçarx nümayiş etdirilib. Moderatoru BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli olan “Mütərəqqi vergi sistemi: islahatların iqtisadi inkişafa, şəffaflığa təsiri və insan kapitalının həlledici rolu” mövzusunda üçüncü sessiyada ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, DVX-nin Aparatının rəhbəri Emil Qarayev və baş idarə rəisi Aytən Kərimova çıxış ediblər. Həmçinin sessiyada DVX-da insan resurslarının inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib.

Sessiyalarda müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb. Çıxış edənlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirləri müsbət qiymətləndirib, əsas prioritetlərin reallaşdırılması prosesində aparılacaq islahatlara dair təkliflərini səsləndiriblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

15-02-2024
IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb

IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb

18-06-2025
Vergilər naziri  Rəqəmsal İqtisadiyyata dair Vergi Sammitində iştirak edib

Vergilər naziri Rəqəmsal İqtisadiyyata dair Vergi Sammitində iştirak edib

30-10-2018
"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025
Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009
DGK sədri: "Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınmanı azaldıb"

DGK sədri: "Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınmanı azaldıb"

13-02-2025
Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011
Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlanıb

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlanıb

08-04-2026
Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016
Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2025
Azərbaycanda vergi sahəsində yeni interaktiv e-xidmətlər tətbiq ediləcək

Azərbaycanda vergi sahəsində yeni interaktiv e-xidmətlər tətbiq ediləcək

11-02-2023
Dövlət Vergi Xidməti beynəlxalq kommunikasiya forumunda təmsil olunub

Dövlət Vergi Xidməti beynəlxalq kommunikasiya forumunda təmsil olunub

10-03-2025
İKT sektoruna olan təşviqlər nəticəsində əməkhaqqı fondu və dövriyyə artıb

İKT sektoruna olan təşviqlər nəticəsində əməkhaqqı fondu və dövriyyə artıb

26-11-2024
DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

18-10-2024
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazanıb

ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazanıb

06-03-2026
Qazaxıstan Azərbaycanda vergi sisteminin  rəqəmsallaşması təcrübəsilə tanış olub

Qazaxıstan Azərbaycanda vergi sisteminin rəqəmsallaşması təcrübəsilə tanış olub

17-02-2024
Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

21-12-2016
NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026
Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

20-12-2016
Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015
IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırıb

IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırıb

19-06-2025
"E-taxes" dövlət portalının yeni versiyası işə salınacaq

"E-taxes" dövlət portalının yeni versiyası işə salınacaq

25-02-2022
Kriptovalyutadan gəlir əldə edənlər vergi ödəməli olacaq

Kriptovalyutadan gəlir əldə edənlər vergi ödəməli olacaq

19-08-2025
ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

18-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə