Whatsapp istifadəçilərinin sayı 800 milyonu ötdü

20-04-2015 / 14:51

Məşhur mesajlaşma proqramı Whatsapp, nəhayət, 800 milyon qeydiyyatdan keçmiş istifadəçi sərhədini də geridə buraxaraq öz rekorunu qırıb.

WhatsApp hər keçən gün böyüməyə və inkişafa davam edir. Son olaraq qısa bir müddət əvvəl Facebook-a inteqrasiya olacağı ortaya çıxan WhatsApp haqqında bu gün yeni məlumatlar yayılıb. 

Xəbərlər xarici mətbuata istinadən məlumat verir ki, Whatsapp-ın icraçı direktoru Jan Koum Facebook səhifəsindən WhatsApp-ın 800 milyon aylıq aktiv istifadəçisi olduğunu bildirib. Bu da WhatsApp-ın ötən ilin  avqust ayından 33 faiz böyüdüyünü göstərir.

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə