Bütün WhatsApp yazışmalarını yükləyə bilərsiniz-Yenilik

30-04-2018 / 13:00

Avropa Birliyinin yeni qanununa müvafiq olaraq WhatsApp-a bütün fərdi məlumatları yükləmək funksiyası əlavə edilib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Facebook istifadəçilərinin fərdi məlumatlarından istifadə ilə bağlı qalmaqaldan sonra Avropa Birliyi internetdə fərdi məlumatların mühafizəsi haqda yeni qanun qəbul edib.

Yeni qanunun tələblərindən biri odur ki, istifadəçilər sayt, sosial şəbəkə və ya messencerin onlar haqda hansı məlumatlar topladığını bilməlidir.

Buna görə WhatsApp messencerinə belə funksiya əlavə edilib.

"Hesab haqda informasiyanı əldə etmək sorğusu" funksiyası hələ ki yalnız WhatsApp-ın Android üçün beta-versiyasında (v2.18.128)  əlçatandır. Buna görə bu funksiyanı indi yoxlamaq üçün ya beta-tester olmalı,  ya da apk-faylını yükləmək lazımdır. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.