WhatsApp Android üçün yenilənib

01-09-2015 / 11:09

WhatsApp Android üçün yenilənib.

Xeberler.az-ın məlumatına görə, yeni versiyada bir müddətdir beta variantında olan funksiyalar aktivləşib. Yeniliklərdən biri budur ki, artıq şəxsi yazışmaları da səssiz (mute) rejimə keçirmək olar. Bundan əvvəl funksiya sadəcə qrup söhbətlərində çatımlı idi.

Əlavə olunmuş daha bir özəllik mesajları “oxunmuş” və “oxunmamış” kimi işarələmək imkanıdır.

Proqrama yeni emosiyalar da əlavə edilib. Bəzi emosiyaları isə artıq istənilən rəngə çevirmək mümkündür.

WhatsApp-da zəng keyfiyyətini də indi özün tənzimləyə bilərsən. Mobil internetdən istifadə edirsənsə, zəngin keyfiyyətini aşağı salıb qənaət edə bilərsən.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə