WhatsApp iPhone üçün yeni beta versiyasını istifadəyə verib. Belə ki, Beta v2.12.5.16 versiyası bir çox yeniliklərlə diqqət cəlb edir.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni versiyada hər kəsə ayrı bildiriş səsi seçə bilmə imkanı yaradılıb. Beləliklə, sizə kimdən mesaj gəldiyini bildiriş səsindən müəyyən edə biləcəksiniz.
Digər bir yenilik isə ondan ibarətdir ki, tək toxunuşla bütün mesajları oxunmuş kimi qeyd etmək mümkündür. Sürətli cavab funksiyası ilə Whatsapp-ı açmadan mesajlara cavab yaza bilərsiniz.
Artıq şəxsi yazışmalarda səssiz özəllikdən-mute funksiyasından da yararlanmaq imkanınız olacaq.
Yeni versiyada, başqalarına şəkil göndərərkən onu redaktə edə bilmək imkanı da mövcuddur.
Qeyd edək ki, yeni versiya Apple istifadəçiləri üçün istifadəyə verilib. Yeniliklərin gələcəkdə digər platformalı cihazlarda da aktivləşəcəyi gözlənilir.
Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri