Previous Next
Bağla

Windows 10 mükəmməl funksiyaları ilə gəlir gətirəcək

28-07-2015 13:58
Windows 10 mükəmməl funksiyaları ilə gəlir gətirəcək

Son 30 il ərzində ev və iş yerlərində ən çox istifadə olunan əməliyyat sistemi Microsoft-un Windows əməliyyat sistemi olub.  Ancaq Apple-in xüsusilə iPad və iPhone məhsullarından sonra Microsoft-un gəlirləri azalmışdı. Lakin Windows 10 əməliyyat sisteminin Microsoft-a yenidən gəlir gətirəcəyi  bildirilir.

 Windows 10 ödənişsiz olacaq

Microsoft yeni əməliyyat sistemini Windows 7 və ya Windows 8 istifadəçiləri üçün pulsuz bir yeniləmə olaraq təqdim edəcək. Ancaq hələ dünyanın böyük hissəsinin Windows XP istifadə etdiyi düşünsək, Windows 10 üçün də ödəmə edib isifadə edənlər də az olmayacaq.

 

İnternet Explorer-ə əlvida

Windows 10-da daha əvvəl Spartan adıyla xatırlanan Microsoft Edge brauzeri isə Google Chrome qədər sürətli və əlavələr ilə birlikdə son dərəcə rahat olacaq.

 

Cortana proqramı

Apple-in Siri adlı virtual proqramına rəqib olan Cortana, Microsoft-un mobil qurğularında ən çox sevilən proqramlardan biridir. Siri-dən daha funksional olan Cortana, Windows 10 ilə birlikdə kompüterlərimizə da gəlir və Apple-in inteqrasiya şəkildə işləyən cihazları kimi Microsoft da özünə aid bir ekosistem qurmağa hazırlaşır.

 

Windows XBOX proqramı

Xüsusilə oyun həvəskarlarını maraqlandıran bu proqram sayəsində kompüter istifadəçiləri  və Xbox istifadəçiləri arasında əlaqə yaranır. Artıq kompüter vasitəsilə Xbox istifadəçiləri ilə onlayn şəkildə oyun oynaya biləcək ya da Xbox-unuzda oynadığınız oyuna daha sonra kompüteriniz vasitəsilə davam edə biləcəksiniz.

 

Əməliyyat meneceri

Microsoft Windows 10, artıq bir neçə əməliyyatı yerinə yetirmək üçün çox əlverişlidir. Taskview funksiyası ilə birlikdə ekranda olan tətbiqləri sizə göstərir və aralarında asan keçid etməyiniz üçün ekranın alt hissəsində sıralama etmənizə və tətbiqlərinizi yerləşdirməyə imkan yaradır.

 

Yeni Başlat menyusu

Windows 10 ilə Microsoft-un bəlkə də ən müvəffəqiyyətli funksiyası olan başlat menyusu yeni funksiyalarla təqdim olunacaq. Üç qrupdan  ibarət yeni başlat menyusu, ən çox istifadə olunan proqramlar, enerji və istifadəçi seçimləri,  proqramlarınızı və Windows 8-də  olan canlı proqramları görəcəksiniz. Bu funksional başlat menyusu sayəsində ana səhifədə  olan sıxlıqdan xilas olmuş olursunuz.

 

Microsoft Bildiriş mərkəzi

Bu məlumat mərkəzi, telefonlarınızdakı  bildiriş ekranına bənzəyir. Sosial media hesablarınızdakı bildirişləri, e-poçt və sizin üçün əhəmiyyət daşıyan bildirişləri görə, bu ekranda həm də cihazı təyyarə rejimini aktivləşdirmək, bluetooth və ya Wi-Fi açıb bağlama kimi əməliyyatları da edə bilirsiniz.

 

Sensor ekrandan istifadə

Tabletlerimizdə və telefonlarımızda istifadəni rahatlaşdıran sensor ekranlarından istifadə də mümkün olacaq.  Microsoft bunu reallaşdırmaq  üçün təxminən 15 ilini sərf edib.  Ancaq kompüterdə sensor ekran çox daha çətin və bahalı olduğundan ancaq Surface tabletlərdə bunu təqdim edirdi. İndi isə Windows 10 ilə birlikdə kompüterlərimiz də sensor ekranlara malik olacaq və bununla da Microsoft, Apple-in bu an üçün təqdim etmədiyi bir yenilik ilə bir addım öndə olacaq.

 

Microsoft Hololens

Microsoft öz virtual real eynəyi Hololens-i də Windows 10 ilə birlikdə təqdim edəcəyini söyləmişdi. Windows 10 kompüterinə qoşulan virtual eynək ilə  elmi və fantastik görüntülərdən başqa sistemi də görüntüləmək olacaq.

 

Görünüş

Əvvəlki Windows versiyaları görünüş cəhətdən mükəmməl olmasa da, Windows 10-da yeni başlat menyusu, böyük yarlıqları və bildiriş mərkəzi kimi fərqli menyular istifadəçiyə çox gözəl görünüş bəxş edəcək.

                                                                                   Ağasəf Haqverdiyev

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Windows 10 əməliyyat sistemi bu gündən istifadəyə verildi

29-07-2015

«Microsoft» iki ildən sonra «Windows 8» sistemini istifadəyə verəcək

25-10-2010

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

06-08-2008

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

23-07-2008

Windows 10 ilə işləyən aktiv cihaz sayı 200 milyonu keçdi

05-01-2016

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008

Windows 8 istifadəçilərinin yarısını itirdi

25-05-2015

Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

08-01-2009

Windows 10-un istifadəyə veriləcəyi tarix açıqlanıb

02-06-2015

Windows 8 artıq yenilənməyəcək

14-01-2016

Windows 10 “onuncu və sonuncu” əməliyyat sistemi olacaq

12-05-2015

Microsoft: Windows 7 ƏS-nin 300 milyon lisenziyası satılıb

01-02-2011

Microsoft BakuTel-2009-da Windows 7-nin Azərbaycan dillində versiyasını təqdim edib

04-11-2009

Windows 7 bu ilin sonunda nümayiş olunacaq

19-09-2008

Windows 7-nin Azərbaycan dilli versiyanın buraxılması gözlənilir

22-10-2009

Microsoft-dan Windows 10 ilə bağlı açıqlama

21-07-2015

Microsoft şagirdlər üçün endirim edir

21-09-2009

Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

20-08-2008

Microsoft yeni əməliyyat sistemi hazırlayır

31-01-2017

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

14-10-2025

Microsoft şirkəti Windows Vista-nın nüfuzu üçün 300 milyon dollar xərcləyəcək

08-09-2008

Windows 10 İnternetin sürətini zəiflədə bilər

30-07-2015

Microsoft yeni əməliyyat sistemi təqdim edir

03-10-2008

Windows 10 RTM versiyasının hazırlıqları başa çatır

13-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə