“Microsoft” korporasiyası yeni “Windows Phone 7” mobil platformasının təqdim olunacağı tarixi açıqlayıb.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ‘Windows Mobile 6.5” platformasını əvəz edəcək yeni mobil əməliyyat sistemi bu il oktyabr ayının 11-də təqdim olunacaq.
Nyu-York şəhərində təşkil olunacaq təqdimat mərasimi çərçivəsində əməliyyat sistemi ilə birgə “Microsoft” tərəfindən xüsusi olaraq “Windows Phone 7” üçün işlənib hazırlanmış bəzi proqramlar da nümayiş etdiriləcək. Eyni zamanda oktyabrın 11-də “Windows Phone 7” bazasında yığılmış ilk smartfonların rəsmi təqdim olunacağı gözlənilir. Telefonların təqdimatı ABŞ-ın “AT&T” GSM-operatoru ilə birgə keçiriləcək.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 Windows 10-u necə sürətləndirmək olar?
 Bizi idarə edən güc: Netokratiya
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 Facebook müəmması
 4G mobil texnologiyası niyə ləngiyir?
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 Satışa çıxarılmış Azərbaycan adları