Previous Next
Bağla

WoWoman 2 yaşını qeyd edib- Video

22-02-2017 14:40
WoWoman 2 yaşını qeyd edib- Video

Xanımların fərdi və peşəkar inkişafına, həmçinin İT sahəsində aktiv olmalarına dəstək olmaq məqsədilə yaradılan WoWoman platforması 2 yaşını qeyd edib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə media nümayəndələri, tanınmış qonaqlar, təlimçilər, səfirliklər və nazirliklərin, dövlət qurumları və özəl sektorun təmsilçiləri iştirak etdib.

Tədbir zamanı il ərzində Tech-Tech Xanım İT sahəsində çalışan xanımlar üçün təşkil olunan proqramlar, bu il fəaliyyətə başlayan iki layihə - WoWenture sahibkarlıq proqramı, HR sahəsində çalışan xanımlar üçün HR Academy layihəsi və digər tədbirlər haqqında məlumat qonaqlarla paylaşılıb.

Qeyd edilib ki, platforma 2 il ərzində 6500-dən çox iştirakçı ilə 100-dən çox tədbir, 15 uzun müddətli proqram təşkil edib və 17 500 müraciət alıb.

Platformanın təsisçisi Zara Apetrei Huseynovanın qeyd etdiyi kimi, bu il WoWoman platforması Gəncə şəhərində öz nümayəndəliyini təsis edib və orda yaşayan xanımlar üçün artıq 2 tədbir – “Sıfırdan başla” və “LimitSizsiniz” baş tutub.

Gəncə şəhərində və digər regionlarda yaşayan xanımların inkişafına töhfə vermək məqsədilə bu tədbirlərin davam etdiriləcəyi açıqlanıb.

Zara Hüseynova qeyd edib ki, ikinci ilində ən böyük nailiyyəti isə WoWoman platformasının xarici ölkələrərdə fəaliyyətə başlaması və Ukrayna, Belarus, Qırğızıstan, Pakistannümayəndəliklərinin yaradılmasıdır:

“Bütün yaratdığımız nümayəndiliklərə Azərbaycanda WoWoman platformasının uğurundan danışırıq və cəmiyyətdə etdiyimiz müsbət dəyişiklikləri qeyd edirik. Bu isə, öz növbəsində, dünya xanımlarının düqqətini çəkir və öz ölkələrində də eyni istiqamətdə tədbirlər və kurslar təşkil etməyə başlayırlar. Bişkekdə keçirdiyimiz ilk tədbirdə 350-dən çox müraciət aldıq, 150 xanım iştirak etdi və WoWoman Azərbaycanın fəaliyyəti haqqında məlumat əldə etdi. Bizim üçün bu, fəxrdir”

Onu sözlərinə görə, növbəti ildə hazırda davam edən WoWenture, HR Academy, Events and Express yourself layihələri ilə yanaşı, dünyanın daha 20 ölkəsində platformanı təsis etməyi, yeni "Pro in Projects" layihənin idarəedilməsi proqramını  və WoWideo film çəkmək üzrə proqrama başlanacaq:

“Həmçinin, xanımlarda özlərinə inamı artırmaq və mentorluq vasitəsilə onlara yeni biliklər öyrətməq məqsədilə ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə "WoWoman in Me" layihəsinə start veriləcək.”

Daha sonra Z. Hüseynova, hazırda Kaliforniyada Silikon Vadisində təhsil aldığı proqramda öyrəndiklərinin platformanın daha da inkişaf etməsinə, dünyanın bir çox ölkələrində fəaliyyətə başlamağa və daha çox xanımın həyatını müsbət dəyişməyə kömək edəcəyinə inandığını qeyd edib:

“Yeni online platformanın yaranmasından xəbərdar olmaq, həmçinin, WoWoman cəmiyyətinin ilk üzvlərdən biri olmaq üçün buradan  qeydiyyatdan keçə bilərsiniz".

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” seçilib

01-03-2017

WoWoman ABŞ səfirliyi ilə böyük layihəyə başlayır

22-08-2017

WoWoman 2 yaşını qeyd edəcək

14-02-2017

WOWOMAN xanımları yenidən bir araya toplayır

27-01-2016

WOWOMAN 1 yaşını qeyd etdi -Fotolar

08-02-2016

Xanımlar üçün “Web Dizayn” üzrə növbəti workshop keçiriləcək

12-04-2016

Öz startapını yaratmaq istəyən xanımlara şad xəbər

17-10-2016

WoWoman platformasının təsisçisi Forbes jurnalının 30under30 siyahısına daxil edilib

14-02-2019

WOWOMAN “Hər qadın bir qəhrəmandır” sərgisi keçirəcək

25-02-2016

Xanımlar üçün İT Yay məktəbi və HR kursuna başlanır- Fotolar

07-06-2016

Tech-Tech xanımlar mükafatlandırılacaq

00-00-0000

Tech-Tech xanımlar mükafatlandırılacaq

11-12-2015

Proqramçı olmaq istəyən xanımların nəzərinə

28-01-2017

Tech-Tech Xanım 2 yaşını qeyd edəcək

01-05-2017

Öz biznesini qurmağa hazırlaşan xanımlar-Fotolar

17-10-2017

Xanımlar üçün Freelance Developer işləməklə bağlı seminar

19-03-2016

Xanımlar üçün növbəti İT təlimlərə başlanır

11-09-2016

Facebook-un ən yaxşı 100 iştirakçısı arasına seçildi

25-09-2018

Xanımlar üçün növbəti İT təlimlər başlayır

03-02-2016

Xanımlar üçün Linux Workshop təşkil ediləcək

07-03-2016

Xanımlar üçün İT təlimlər başlayır

11-09-2015

ABŞ Səfirliyinin dəstəyi ilə keçirilən proqramın qalibləri-Foto

06-11-2017

WoWoman Azerbaijan 3 yaşını qeyd edib-Foto

20-02-2018

Azərbaycanda ilk dəfə xanımlar üçün Linux Workshop keçirilib- Fotolar

12-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə