Previous Next
Bağla

Öz biznesini qurmağa hazırlaşan xanımlar-Fotolar

17-10-2017 11:00
Öz biznesini qurmağa hazırlaşan xanımlar-Fotolar

Məlumat verdiyimiz kimi, WoWoman xanımların inkişaf platforması ABŞ səfirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə "WoWoman in Me" adlı layihəyə başlayıb.

Sentyabr ayında başlayan proqram hazırda davam edir.

10 moduldan ibarət proqram xanımlarda kommunikasiya və idarəçilik bacarığını artırmaq, məhsuldar düşüncə tərzini aşılamaq, sahibkar ruhunu aşkara çıxarmaq məqsədi ilə yaradılıb. 

"WoWoman in Me" iştirakçıların fərdi və peşəkar inkişafına dəstək olmağı hədəfləyir.

Hazırda proqramda 50-yə yaxın xanım aktiv iştirak edir.

Proqramın təsisçisi isə startap sahəsində maraqlı layihələri ilə yaxından tanıdığımız gənc sahibkar Zara Hüseynovadır.

Qeyd edək ki, Zara Hüseynova ALZA geyim mağazasının və WoWoman Azerbaijan platformasının təsisçisidir. O, həmçinin Azərbaycanı ABŞ Dövlət Departamenti və AAAS ( Amerika Elmə Dəstək Assosiasiyası) tərəfindən Elm və Texnologiya üzrə Qlobal Sammitində də (GİST) təmsil edib.

Xeberler.az olaraq hazırda proqramın həyata keçirildiyi məkanda olub, iştirakçıların fəaliyyəti ilə yaxından tanış olduq.

Elə fürsətdən istifadə edib Zara Hüseynova, təlimçi və iştirakçı komandası ilə ətraflı söhbət etdik. Biz məkanda olanda xanımlar ekspertlər qarşısında layihələrinin 3 dəqiqəlik ilkin təqdimatını edirdi.

Zara Hüseynova Xeberler.az-a bildirib ki, “WoWoman in Me" dünyada keçirilən müxtəlif proqramların birləşməsindən yaranıb:

“Bir neçə il ərzində bu kimi müxətlif proqramlarda iştirak etmişəm. Bu proqram da şəxsi və peşəkar təcrübəmə, Harvard, MIT, Stanford və digər universitetlərdə iştirak etdiyim konfranslarda və təlimlərdə əldə etdiyim biliklərə, TED çıxışına və AIESEC təcrübəsinə əsaslanaraq hazırlanıb. Həmin proqramlardakı ən yaxşı məqamları birləşdirdik və belə proqram yaratdıq. Həm də o təcrübələri ölkəmizə uyğun olaraq formalaşdırdıq”.

Onun sözlərinə görə, belə proqramların həm şəxsi inkişaf, həm də biznes üçün çox müsbət faydaları olur:

“Bu kimi təcrübələri elə öz üzərimdə tətbiq etmişəm və faydasını görmüşəm. Həm öz biznesimdə, həm də WoWoman Azerbaijan layihəmizdə. Ona görə xanımlarımza yalnız motivasiya yox, həm də konkret bacarıqlarının inkişaf etdirilməsinə dəstək göstərməyə çalışırıq. Real həyatda gördüm ki, xanımlar bir-biri ilə sırf bu metodla komanda şəkilində işləyəndə maraqlı işlər ortaya çıxır”.

Öyrənirik ki, sentyabr və oktyabr aylarında keçiriləcək 10 modul başa çatdıqdan sonra növbəti 3 ay ərzində xanımlar fərdi mentorların nəzarəti ilə öyrəndiklərini tətbiq edəcəklər.

Mentorlar arasında Microsoft şirkətinin regional direktoru Sərxan Həşimov, tanınmış təlimçi Şəms Mustafayeva, Oracle üzrə ekspert Kamran Ağayev, PASHA Bankın kommunikasiyalar üzrə meneceri Ceyhun Atayev, Barama İnnovasiyalar Mərkəzinin direktoru İmran Bağırov və digər tanınmış 25 peşəkarın adı var.

Təsisçi onu da qeyd edib ki, WoWoman proqram çərçivəsində yaradılan layihələrə həm yerli bazarda, həm də qlobal bazarda uğur qazanmasına dəstəyini davam etdirəcək.

Proqramın layihə meneceri Arzu Ağazamanova deyir ki, burada iştirak edən xanımlar 500 nəfər arasından seçilib.

Onun sözlərinə görə, proqram artıq 4-cü həftə 8-ci gündür davam edir:

“Proqrama çox sayda müraciət oldu. Etiraf edim ki, seçim prosesi çox çətin oldu. 500 nəfər arasından 50 nəfər iştirak üçün seçildi. Hər həftənin 6-cı və bazar günü 3 saat qızlarla işləyirik. Təlimlərdə qızlara ünsiyyət, təqdimat bacarıqları, liderilik, komanda işləmək kimi bacarıqlar öyərdilir. Proqramın fərqi odur ki, burada  dərslər  müəyyən tapşırıqlarla, interaktiv şəkildə həyata keçirilir”.

Arzu Ağazamanova deyir ki, ilk dəfə burada tanış olan qızlar birgə komanda yaradıb, möhtəşəm layihələrə imza atırlar:

“Bu gün də həmin layihələrin təqdimatını izlədik. Həqiqətən də çox möhtəşəm, cəmiyyət üçün faydalı layihələr irəli sürürlər. Təqdimatlardan görünür ki, hətta xanımlar özlərinə sponsorlar da tapıb. Onlar oktyabr ayından işsizlik, sağlamlıq, ətraf mühit, qadınların gücü kimi müxtəlif mövzuda layihələr üzərində işləyirlər”.

O qeyd edib ki, təlimi keçən şəxslərin hər birinin bu sahə üzrə qlobal təcrübəsi var:

“Təlimi keçənlər əsas şəxs Lamiya Korchiyevadır. O, bundan öncə AIESEC-də və digər qlobal platformalarda çalışıb. Təlimçilərimiz öz üzərində işləyib, beynəlxalq proqramlarda iştirak edənlərdən ibarətdir”.

Onun sözlərinə görə, proqram iştirakçılarının əksəriyyəti İT sahəsindədir. Belə ki, buraya qoşulan xanımlardan çoxu Tech Tech Xanım layihəsnin təlimlərində iştirak edən xanımlardır.

Arzu Ağazamanova deyir ki, Tech Tech Xanım-dan məzun olan xanımların bəziləri  artıq yerli və xarici şirkətlərdə proqramlaşdırma üzrə  çalışır.

 Bank Avrasiya ASC-da proqramçı işləyən Nigar Hacibabayeva deyib ki, “WoWoman In Me “ layihəsi çərçivəsində necə daha məhsuldar olmağı, həvəs və məqsədin bir-birindən ayrılması və karyerasında daha uğurlu olmasını təmin edəcək yeniliklər öyrənib.

Qeyd edək ki, bu həftəsonu  proqramda iştirak edən komandalar mentor və ekspert qarşında layihələrinin 3 dəqiqəlik təqdimatını edəcək.

 

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

WoWoman ABŞ səfirliyi ilə böyük layihəyə başlayır

22-08-2017

WoWoman 2 yaşını qeyd edib- Video

22-02-2017

Xanımlar üçün “Web Dizayn” üzrə növbəti workshop keçiriləcək

12-04-2016

WOWOMAN xanımları yenidən bir araya toplayır

27-01-2016

Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” seçilib

01-03-2017

WOWOMAN 1 yaşını qeyd etdi -Fotolar

08-02-2016

Xanımlar üçün İT Yay məktəbi və HR kursuna başlanır- Fotolar

07-06-2016

Xanımlar üçün Freelance Developer işləməklə bağlı seminar

19-03-2016

Xanımlar üçün növbəti İT təlimlərə başlanır

11-09-2016

Öz startapını yaratmaq istəyən xanımlara şad xəbər

17-10-2016

Tech-Tech Xanım 2 yaşını qeyd edəcək

01-05-2017

Azərbaycanda ilk dəfə xanımlar üçün Linux Workshop keçirilib- Fotolar

12-03-2016

Proqramçı olmaq istəyən xanımların nəzərinə

28-01-2017

Xanımlar üçün növbəti İT təlimlər başlayır

03-02-2016

WoWoman platformasının təsisçisi Forbes jurnalının 30under30 siyahısına daxil edilib

14-02-2019

ABŞ-dakı elm və texnologiya sammitinə kimlər qatılacaq?

13-06-2016

Xanımlar üçün İT təlimlər başlayır

11-09-2015

Facebook-un ən yaxşı 100 iştirakçısı arasına seçildi

25-09-2018

WOWOMAN “Hər qadın bir qəhrəmandır” sərgisi keçirəcək

25-02-2016

Tech-Tech xanımlar mükafatlandırılacaq

11-12-2015

Tech-Tech xanımlar mükafatlandırılacaq

00-00-0000

Xanımlar üçün Linux Workshop təşkil ediləcək

07-03-2016

Tech-Tech Xanım təlim iştirakçılarını mükafatlandırdı - Fotolar

13-12-2015

Xanımların İKT-yə marağını artırmaq üçün təlim keçirilib

20-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə