Previous Next
Bağla

WOWOMAN 1 yaşını qeyd etdi -Fotolar

08-02-2016 17:56
WOWOMAN 1 yaşını qeyd etdi -Fotolar

1 il ərzində xanımların inkişafı üçün müxtəlif formatda tədbirlər keçirən WOWOMAN platforması Fairmont oteldə fəaliyyətin ilk ilini qeyd edib.

Xeberler.az-ın məlumatına görə,  tədbir tanınmış blogerləri, media nümayəndələrinin, yerli və xarici şirkətlər rəhbərlərinin iştirakı ilə yaddaqalan olub. Açılış nitqində dəstəyə görə Fairmont Otelə təşəkkürünü bildirən platformanın təsisçisi Zara Apetrei Hüseynova, daha sonra 1 illik fəaliyyətləri haqqında öz təqdimatında danışıb. Tədbirin əsas hissəsində #Qorxmasaydım adlı video çarx təqdim olunub.

Zara Apetrei Hüseynova video çarxı təqdi edərək deyib ki, #Qorxmasaydim məhz  əziz xanımlar üçündür:

“ Bu, bizim ehtiyacımız olan kiçik motivasiyadır. Hər birimizdə müxtəlif qorxular olur: tək qalmaq, yalnış yolu seçmək, səhv etmək, dəstək görməmək kimi. Əsas o qorxulara düşmən kimi yox, yol göstərən kompas kimi baxmaqdır. Məhz onlar istədiyimiz həyatla aramızda duran sərhəddir, qorxuları aşmaqla bütün xəyallarımızı gerçəkləşdirə bilərik." 

Bundan əlavə, WOWOMAN "Özünü İfadə Et" online platformanın və "My WOWOMAN book" xüsusi dizaynla hazırlanmış gündəliyinində təqdimatını edib. Həyatlarını dəyişmiş və arzularını reallaşdırmış xanımların uğur hekayələrini və əzm göstərərək əldə etdiklərini artıq www.wowoman.org saytı vasitəsilə oxuya bilərsiniz. "Bu platforma xəyal etməyə cəsarət edən və xəyallarının ardınca gedən bütün xanımlar üçündür. Təcrübəmizi və biliklərimiz bölüşərək, birlikdə daha çox müvəffəqiyyət əldə edə bilərik, buna ürəkdən inanırıq", -deyə xanım Hüseynova çıxışında qeyd edib.

O deyib ki,  "My WOWOMAN book" isə gündəlik planlarınızı ən gözəl şəkildə əks etdirəcəyiniz bir dəftərdir:

“Hərdən xəyal edirik, lakin zamanla onları unuduruq. Gündəliyin yaranmasında əsas məqsəd isə məhz bu xəyallarımızı qeyd edib, onların arxasınca getməkdir. Xüsusi incəliklə hazırladığımız hər səhifəsində xanımlar özlərinə aid nəsə tapacaqlar və gələcəkləri üçün mükəmməl planlarını "My WOWOMAN book" vasitəsilə həyata keçirə biləcəklər."

Yekunda il ərzində ən çox dəstək göstərən təlimilər, partnyorlar və media nümayəndələri təltif olunub.

Xeberler.az WOWOMAN –nin “The Best Partner “ medalına layiq görülüb.

Xanım Hüseynova bu tədbirin ərsəyə gəlməsində köməyi olan Yüksək Texnologiyalar Parkı, Barama innovasiyalar mərkəzi, Andrews Ties, Seyidbeyli, Jane Packer, P&G, Konsis, Microsoft, Fast Print, Duyme, Schwarzkopf Professional  və digər partnyorlara və media nümayəndələrinə də xüsusi təşəkkürünü bildirib.

Qeyd edək ki, WOWOMAN qadınların peşəkar və fərdi inkişafı üçün yaradılan platformadır və əsas məqsədi - xanımların özlərini ifadə edəcəkləri, şəxsi və professional bacarıqlarını inkişaf etdirəcəkləri və özlərinə inamı artıracaqları platforma yaratmaqdır. 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

WOWOMAN xanımları yenidən bir araya toplayır

27-01-2016

WOWOMAN “Hər qadın bir qəhrəmandır” sərgisi keçirəcək

25-02-2016

WoWoman 2 yaşını qeyd edib- Video

22-02-2017

WoWoman ABŞ səfirliyi ilə böyük layihəyə başlayır

22-08-2017

WoWoman platformasının təsisçisi Forbes jurnalının 30under30 siyahısına daxil edilib

14-02-2019

Xanımlar üçün “Web Dizayn” üzrə növbəti workshop keçiriləcək

12-04-2016

WoWoman 2 yaşını qeyd edəcək

14-02-2017

Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” seçilib

01-03-2017

Xanımlar üçün İT Yay məktəbi və HR kursuna başlanır- Fotolar

07-06-2016

Tech-Tech xanımlar mükafatlandırılacaq

00-00-0000

Tech-Tech xanımlar mükafatlandırılacaq

11-12-2015

Proqramçı olmaq istəyən xanımların nəzərinə

28-01-2017

Öz biznesini qurmağa hazırlaşan xanımlar-Fotolar

17-10-2017

Facebook-un ən yaxşı 100 iştirakçısı arasına seçildi

25-09-2018

Öz startapını yaratmaq istəyən xanımlara şad xəbər

17-10-2016

Xanımlar üçün növbəti İT təlimlərə başlanır

11-09-2016

ABŞ Səfirliyinin dəstəyi ilə keçirilən proqramın qalibləri-Foto

06-11-2017

WoWoman Azerbaijan 3 yaşını qeyd edib-Foto

20-02-2018

Xanımlar üçün Freelance Developer işləməklə bağlı seminar

19-03-2016

Xanımlar üçün növbəti İT təlimlər başlayır

03-02-2016

Google-un rəsmisi Bakıya gəlir

25-10-2017

Tech-Tech Xanım təlim iştirakçılarını mükafatlandırdı - Fotolar

13-12-2015

Xanımlarımız da mobil tətbiqlər yaratmağı öyrənir

03-05-2016

ABŞ-dakı elm və texnologiya sammitinə kimlər qatılacaq?

13-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə