Previous Next
Bağla

WOWOMAN xanımları yenidən bir araya toplayır

27-01-2016 12:49
WOWOMAN  xanımları yenidən bir araya toplayır

Məlumat verdiyimiz kimi,  Azərbaycanda qadınların peşəkar və fərdi inkişafı üçün WOWOMAN platforması yaradılıb.

Qeyd edək ki, platformanın əsas məqsədi xanımların özlərini ifadə edəcəkləri, şəxsi və professional bacarıqlarını inkişaf etdirəcəkləri və özlərinə inamı artıracaqları platforma yaratmaqdır.

Fəaliyyətinin birinci ilini başa vuran platforma xanımlarımızın inkişafına mühim tövhə verməkdə davam edir.

Layihə komandasından Xeberler.az-a verilən məlumata görə, bu il ərzində 30-dan çox seminar, təlim və tədbirlər, 2 uzun müddətli kurs, xanımlar üçün xüsusi İT layihə - Tech-Tech Xanım və WOWOMAN PRO təlimləri təşkil olunub və WOWOMAN öz missiyasını yüksək dərəcədə yerinə yetirib.

Təlimlər yerli və xarici tanınmış ekspertlər – Şəms Mustafayeva, Səma Abiyeva, Coşqun Kərimov, Anna Petrova, Fəxri Ağayev, Myrto Okle, Rafiq Hunaltay, Müşfiq Həsənov, Yelena Sidorenko, Sabina Şahi və digərləri tərəfindən keçirilib.

Bu tədbirlərdə ümumi 5200-dən artıq müraciət və 1600-dən artıq üzv qəbul olunub.

Qeyd edək ki, bu təlimlər İT sahəsi ilə bağlı da olur. 

İlk ilinin uğurlarına nəzər salmaq və yeni layihələrin açılışını etmək üçün WOWOMAN fevralın 6-da  tanınmış xanımları, media nümayəndələrini və  üzvlərini Fairmont Baku otelində bir araya toplayacaq.

Tədbirdə Zara Apetrei Hüseynova, Nigar Köçərlı, Günay Malikqızı, Elnara Nahmetova, Nigar Arpadarai, Zeynəb Məmmədyarova, Zəhra Bədəlbəyli və digər tanınmış xanımların  iştirakı ilə hazırlanan “Qorxmasaydım” adlı xüsusi video-çarx, həmçinin, “Özünü İfadə Et” platforması təqdim olunacaq.

WOWOMAN platformasının təsisçisi Zara Apetrei Hüseynov Xeberler.az-a bildirirb ki, təşkilatın əsas məqsədi həmişə olduğu kimi qalacaq:

“Xanımların peşəkar və şəxsi inkişafına dəstək vermək. “WOWOMAN hər zaman arzulamağa cürət edən xanımlar üçün olacaq və onlara bu arzuları reallaşdırmaq üçün imkanlar yaradacaq. Əgər siz də belə xanımlardansınızsa, və ya olmaq istəyirsinizsə, sizin bu səyahətinizə dəstək olmağa hazırıq”.

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

WOWOMAN 1 yaşını qeyd etdi -Fotolar

08-02-2016

WOWOMAN “Hər qadın bir qəhrəmandır” sərgisi keçirəcək

25-02-2016

WoWoman ABŞ səfirliyi ilə böyük layihəyə başlayır

22-08-2017

WoWoman 2 yaşını qeyd edib- Video

22-02-2017

WoWoman 2 yaşını qeyd edəcək

14-02-2017

Tech-Tech xanımlar mükafatlandırılacaq

11-12-2015

Tech-Tech xanımlar mükafatlandırılacaq

00-00-0000

Xanımlar üçün “Web Dizayn” üzrə növbəti workshop keçiriləcək

12-04-2016

Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” seçilib

01-03-2017

Xanımlar üçün növbəti İT təlimlərə başlanır

11-09-2016

Proqramçı olmaq istəyən xanımların nəzərinə

28-01-2017

Xanımlar üçün İT Yay məktəbi və HR kursuna başlanır- Fotolar

07-06-2016

Öz biznesini qurmağa hazırlaşan xanımlar-Fotolar

17-10-2017

WoWoman platformasının təsisçisi Forbes jurnalının 30under30 siyahısına daxil edilib

14-02-2019

Xanımlar üçün növbəti İT təlimlər başlayır

03-02-2016

Tech-Tech Xanım 2 yaşını qeyd edəcək

01-05-2017

Xanımlar üçün Freelance Developer işləməklə bağlı seminar

19-03-2016

Öz startapını yaratmaq istəyən xanımlara şad xəbər

17-10-2016

Xanımların İKT-yə marağını artırmaq üçün təlim keçirilib

20-09-2015

Xanımlarımız da mobil tətbiqlər yaratmağı öyrənir

03-05-2016

Xanımlar üçün İT təlimlər başlayır

11-09-2015

Facebook-un ən yaxşı 100 iştirakçısı arasına seçildi

25-09-2018

Google-un rəsmisi Bakıya gəlir

25-10-2017

Xanımlar üçün Linux Workshop təşkil ediləcək

07-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə