Xəbər tapmağa kömək edən milli mobil tətbiqlərimiz

13-07-2015 / 15:12

Artıq hər birimiz vacib informasiyaları, xidmətləri kompüterdən deyil, elə əlimizdə gəzdirdiyimiz mobil telefonlar vasitəsilə əldə etmək istəyirik. Bunu daha rahat və effektiv formada əldə etmək üçün müxtəlif növ mobil tətbiqlərdən istifadə edirik. Bu baxımdan  hazırda əksər hüquqi və fiziki şəxslər , dövlət və özəl sektor, media qurumları özlərinin mobil tətbiqlərini hazırlamağa üstünlük verirlər. 

Ölkəmizdə də son dövrlərdə  xeyli sayda mobil tətbiqlər hazırlanıb. Müxtəlif şirkətlər, mobil developerlər (proqramçılar) tərəfindən hazırlanan bu mobil tətbiqlər ödənişli və ya ödənişsiz olmaqla , müxtəlif kateqoriyalar üzrə İnternet mağazalarda yerləşdirilib.

Xeberler.az oxucularımız üçün faydalı olacağını düşünərək  bu dəfə  MEDİA  kateqoriyasi üzrə milli  mobil tətbiqləri araşdırıb. Bu kateqoriya üzrə milli mobil tətbiqlərimzin bir qismi haqqında qısa məlumatı diqqətinizə çatdırırıq.

10.Radio Azerbaijan  

Hazırlayan        Yearning.U
Yüklənmə sayı   50-100
Ödəniş:             Pulsuz
Platforma :        Android və  iOS 

iOS və Android istifadəçiləri üçün nəzərdə tutulan mobil tətbiq vasitəsi ilə Azərbaycanda fəaliyyət göstərən radioları dinləmək mümkündür.  Radionu dinləyən zaman digər proqramlardan istifadə edə bilərsiz.  

9. AvtoStop  

Hazırlayan          Mehman Xəlilov
Yüklənmə sayı    100 - 500
Ödəniş:              Pulsuz
Platforma :          iOS

Bu mobil tətbiq vasitəsilə nəqliyyatla bağlı yeni qanunlardan xəbərdar ola bilərsiz. Bundan əlavə AtvoStop radio verlişini dinləyə, Youtube kanalı vasitəsi ilə daha asan izləyə bilərsiz. 

 

8.Xeberler.az  

Hazırlayan          Token2
Yüklənmə sayı    500 - 1,000
Ödəniş:              Pulsuz
Platforma :         Android və iOS 

Bu mobil tətbiq saytda olan son İKT xəbərləri mobil cihaz üçün optimallaşdırılmış formatda "onlayn" və "offlayn" oxumağa imkan verir. İstənilən xəbəri yanında olan "yadda saxla" düyməsi ilə lokal yaddaşa qeyd etmək mümkündür.

 7.TV proqram Azerbaycan: Azeri TV proqram (AZ)  

Hazırlayan         Youssef Saadi
Yüklənmə sayı   1000-2000
Ödəniş:             Pulsuz
Platforma :         iOS 

  Mobil tətbiqi sevdiyiniz Azərbaycan televiziya kanallarını telefon vasitəsilə izlmək imkanı yaradır. Bundan əlavə siyahıda xarici kanallar da mövcuddur. İstədiyiniz kanalı sevimli edib asanlıqla izləyə bilərsiz.   

6.Qafqazinfo.az  

Hazırlayan          Əli İsmayılov
Yüklənmə sayı    1,000 - 5,000
Ödəniş:              Pulsuz
Platforma :         Android

 

Mobil tətbiq vasitəsilə Qafqazinfo internet qəzetinin fəaliyyəti ilə tanış ola biləcəksiz.

  5. Milli.az 

 Hazırlayan          Day.az
Yüklənmə sayı     1,000 - 5,000
Ödəniş:               Pulsuz
Platforma :          Android

Bu mobil tətbiq vasitəsilə saytda olan bütün xəbərləri asanlıqla oxuya bilərsiz. Sizə maraqlı olan xəbərləri sevimli edib sonra daha rahat tapa bilərsiz.

 4.Azerbaijan Newspapers 

Hazırlayan          q2developer
Yüklənmə sayı    1,000 - 5,000
Ödəniş:              Pulsuz
Platforma :         Android və iOS

 

 Bu mobil tətbiq vasitəsilə Azərbaycanda fəaliyyət göstərən bir çox qəzetlərin elektron versiyalarını izləyə bilərsiz. Həmçinin sevimli qəzetinizi seçə bilərsiz, bu sizə məlumatları daha sonra asanlıqla oxumanıza yardım edəcək.

 3. Qəzet və Jurnallar 

Hazırlayan          Nurullah Beyter
Yüklənmə sayı    1,000 - 5,000
Ödəniş:              Pullu
Platforma :         iOS

Azərbaycanda fəaliyyət göstərən qəzet və jurnalları özündə birləşdirən mobil tətbiqdir. Bu mobil tətbiq vasitəsilə qəzet və jurnalları onlayn və oflayn formada oxuya bilərsiz.

 2.Son Xəbər 

Hazırlayan          ARL
Yüklənmə sayı    10 000-50 000
Ödəniş:               Pulsuz
Platforma :          Android 

Tətbiq Azərbaycanda baş verən son hadisələri fərqli kateqoriyalar altında birləşdirməkdədir. Bundan əlavə, xəbərlərə aid olan şəkillərə baxa, "Video" kateqoriyasında olan xəbərlərdə isə videoları asanlıqla izləyə bilərsiniz.

 1.Oxu.az - Azərbaycan xəbərləri 

Hazırlayan          Turbo.Az LLC
Yüklənmə sayı    10 000-50 000
Ödəniş:              Pulsuz
Platforma :          Android və iOS

iOS və Android istifadəçiləri tərəfindən ən çox yüklənən mobil tətbiqdir. Bu mobil tətbiq vasitəsilə saytda olan bütün xəbərləri asanlıqla oxuya bilərsiz. Azərbaycan və rus dilində olan versiyaları müvcuddur.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə