Firefox 100 milyonu keçdi

18-04-2015 / 00:15

Android cihazlar üçün  ən yaxşı Google Chrome alternativi olan Firefox Browser-in yüklənmə sayı 100 milyonu keçib.

Kompüterlərdə uğur əldə edən Firefox, uzun müddətdir Android istifadəçilər tərəfindən də istifadə olunur. Xəbərlər-in xarici mətbuata istinadən məlumatına görə, bu məlumat Firefox-un  rəsmi bloqunda yayımlanıb. Bloqda verilən məlumata görə,  Firefox istifadəçilər tərəfindən yüksək qiymətləndirilib və bu gün, yüklənmə sayı 100 milyonu keçib.

Müxtəlif özəllikləri və digər rəqiblərindən daha güclü quruluşa malik olması Firefox-un daha çox uğur qazanmasına səbəb olub.

Son olaraq DuckDuckGo axtarış sistemini əlavə edən Firefox Browser-in təkminləşdirilməsi davam edir. İstifadəsi asan olan Firefox Browser-ini pulsuz olaraq istifadə edə bilərsiniz.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə