Previous Next
Bağla

Bookmate istifadəçilərinin sayı 11 mini keçdi

15-11-2016 16:26
 Bookmate istifadəçilərinin sayı 11 mini keçdi

Azercell-in ötən ilin noyabr ayında mütaliə sevərlər üçün təqdim etdiyi Bookmate layihəsindən yararlanan  abunəçilərin sayı getdikcə artmaqdadır.

Xeberler.az-ın məlumatına görə, istifadəyə verildiyi gündən indiyə qədər 1 il ərzində xidmətdən mütəmadi olaraq faydalanan istifadəçilərin sayı 11000 nəfəri keçib. Ümumilikdə isə bu bir il ərzində 40000 qədər insan Bookmate əlavəsindən istifadə edib.

Məlumat üçün bildirək ki, Bookmate minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil tətbiqdir. Bu xidmət telefonda, planşetdə və kompüterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur. Azercell-in güzəştli qiymətlə təqdim etdiyi mobil kitabxanada 600 000-dən artıq kitaba çıxış təmin olunub. Bookmate mobil kitabxanasına günluk cəmi 15 qəpik ödəməklə, oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər.

Eyni zamanda aylıq 3,5 AZN ödəyərək siz Bookmate vasitəsilə istənilən kitabı oxuya və öz kitabxananıza əlavə edə bilərsiniz. Yeri gəlmişkən, əlavəni yükləyən hər bir yeni abunəçi Bookmate-dən 1 həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır.

Qeyd edək ki, danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verir. Xidmətin ən mühüm üstünlüklərindən biri Bookmate kitabxanasında kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında olan cihazın – telefon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.

Bookmate Android, iOS əməliyyat sistemləri üzərindən işləyir. Bundan əlavə, www.bookmate.com saytına da daxil olmaqla abunəçilər kitabları oxuya və ya öz mobil cihazlarına əlavə edə bilərlər.

Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

500 min kitab cibinizdə

01-04-2016

Azercell-lə 500 min kitab indi cəmi 0,15 AZN

05-07-2016

Azercell-in layihəsi beynəlxalq sərgidə-Foto

29-09-2017

Azercell yeni Audio Kitablar layihəsini təqdim etdi

27-11-2018

Azercell-in Bookmate plus paketi ilə dünya ədəbiyyatı smartfonunuzda

03-10-2019

Azercell yeni mobil servis təqdim edib

12-11-2015

Azercell yeni müsabiqəyə başladı

19-04-2017

Azercell “Məktəbə qayıdış” kampaniyasını elan edir

22-09-2022

Azercell rəqəmsal Yeni İl kampaniyasını təqdim edir

11-12-2019

“Gənclər kitab oxuyur” layihəsinin bağlanışı keçirilib-Foto

01-07-2017

Azercell-in yenilənmiş məhsullarından istifadə ödənişsiz oldu

25-06-2019

Azercell yeni layihəyə başladı

11-04-2017

Xalqımızın qəhrəmanlıq eposu “Koroğlu” Azercell-in Audiokitab layihəsində

19-02-2021

"Azercell"in rəqəmsal həlləri ilə yeni tədris ilinə hazırlıq daha rahat oldu

14-09-2021

Azercell dahi Nizaminin irsini müasir audio-vizual vasitələrlə canlandıracaq

17-11-2021

Azercell abunəçilərini rəqəmsal kampaniya ilə sevindirir!

30-12-2020

“Azercell-in bazar payı 48 faizdən çoxdur”

30-12-2015

"Azercell"in rəqəmsal məhsulları "IBA Mobile" tətbiqinə inteqrasiya olunub

27-01-2021

Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

28-02-2024

Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

09-07-2021

«Azercell» bəzi tətbiqlər üçün pulsuz mobil internet xidmətini ləğv edir

21-09-2022

Azercell-in əsas tərəfdaş olduğu IV Buktreyler Festivalının qala gecəsi keçirilib

03-05-2019

Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında!

23-12-2021

Azercell-dən yeni xidmət

08-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə